19 mart 2026. Cümə axşamı

Qarabağ Kəpəz'ə minimal hesabla qalib gəldi


Qarabağ Kəpəz'ə minimal hesabla qalib gəldi

Bu gün Misli Premyer Liqasında V turun oyunlarına start verilib. Corner.az xəbər verir ki, ilk oyun günündə bir matç keçirilib.

Son ölkə çempionu “Qarabağ” Qəbələdə “Kəpəz”in qonağı olub. Rəqiblərindən bir oyun az keçirən Ağdam təmsilçisi hazırda 9 xalla 2-ci pillədə,  matçın hamısında uduzan Gəncə təmsilçisi isə sonuncu – 10-cu pillədə qərarlaşmışdı.

Oyuna gəldikdə isə Ağdam təmsilçisi rəqibi üzərində minimal hesablı qələbəyə sevinib. 

Bu turun “Şamaxı” – “Turan Tovuz” və “Neftçi” – “Sumqayıt” oyunları sentyabrın 3-də, “Sabah” – “Səbail” və “Zirə” – “Qəbələ” qarşılaşmaları sentyabrın 4-də baş tutacaq.

Misli Premyer Liqası
V tur
1 sentyabr

“Kəpəz” – “Qarabağ” 0:1
Qol: A.Zubir, 44.
Qırmızı vərəqə: T.Rzayev, 50.
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Elşad Abdullayev, Fərid Hacıyev.
VAR: Rəvan Həmzəzadə.
AVAR: Eyyub İbrahimov.
Hakim-inspektor: Ömər Paşayev.
Qəbələ şəhər stadionu.







Misli Premyer liqa

Premyer Liqada 300-cü, tarixdə 400-cü
  • Misli Premyer liqa
  • 11:44 16.03.2026
Premyer Liqada 300-cü, tarixdə 400-cü
“Neftçi”nin 150-ci penaltisi
  • Misli Premyer liqa
  • 11:00 16.03.2026
“Neftçi”nin 150-ci penaltisi
Musa “100”ə çatdı
  • Misli Premyer liqa
  • 10:44 16.03.2026
Musa “100”ə çatdı
Tarixdə 9-cu
  • Misli Premyer liqa
  • 10:22 16.03.2026
Tarixdə 9-cu
Qərb derbisində qalib müəyyənləşmədi
  • Misli Premyer liqa
  • 16:57 15.03.2026
Qərb derbisində qalib müəyyənləşmədi
“Sabah” “İmişli”ni darmadağın etdi
  • Misli Premyer liqa
  • 18:12 14.03.2026
“Sabah” “İmişli”ni darmadağın etdi