19 mart 2026. Cümə axşamı

Qırmızı vərəqədən sonra daha çox çətinlik çəkdik


Qırmızı vərəqədən sonra daha çox çətinlik çəkdik
"Kəpəz”in məşqçisi Xaliq Mərdanov Misli Premyer Liqasının 5-ci turu çərçivəsində “Qarabağ”a qarşı keçirdikləri səfər oyununu şərh edib. Corner.az xəbər verir ki, Gəncə klubunun çalışdırıcısı 0:1 hesabıyla məğlub olduqları matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:
 
“Təbii ki, bütün komandalar “Qarabağ”a qarşı başqa motivasiya ilə hazırlaşır. Şübhəsiz ki, biz də belə hazırlaşmışdıq. Futbolçular verdiyimiz tapşırıqları 100 faiz yerinə yetirə bilməsələr də, ən azı 60 faiz işin öhdəsindən gələ bildilər. Buna görə onlara minnətdaram. Bəzi səhvlər oldu. Bu da futbolda başadüşüləndir. Gələcək oyunlarda çatışmazlıqları aradan qaldırmağa çalışacağıq. Ehtiyatlı futbol oynadıq. Oyun sisteminə uyğun olaraq rəqibi əks-hücumlarda tutmalı idik. Amma rəqib bizə hücumda problemlər yaratdı. Qırmızı vərəqədən sonra daha çox çətinlik çəkdik. “Qarabağ”a qarşıdakı avrokubok oyunlarında uğurlar arzulayırıq”.






Misli Premyer liqa

Premyer Liqada 300-cü, tarixdə 400-cü
  • Misli Premyer liqa
  • 11:44 16.03.2026
Premyer Liqada 300-cü, tarixdə 400-cü
“Neftçi”nin 150-ci penaltisi
  • Misli Premyer liqa
  • 11:00 16.03.2026
“Neftçi”nin 150-ci penaltisi
Musa “100”ə çatdı
  • Misli Premyer liqa
  • 10:44 16.03.2026
Musa “100”ə çatdı
Tarixdə 9-cu
  • Misli Premyer liqa
  • 10:22 16.03.2026
Tarixdə 9-cu
Qərb derbisində qalib müəyyənləşmədi
  • Misli Premyer liqa
  • 16:57 15.03.2026
Qərb derbisində qalib müəyyənləşmədi
“Sabah” “İmişli”ni darmadağın etdi
  • Misli Premyer liqa
  • 18:12 14.03.2026
“Sabah” “İmişli”ni darmadağın etdi