9 avqust 2026. Bazar günü

Qarabağ Neftçi'ni qabaqladı


Qarabağ Neftçi'ni qabaqladı
“Qarabağ” tarixində 5-ci dəfə mövsümə 4 qələbə ilə başlayıb. Corner.az xəbər verir ki, bir oyunu  təxirə salınan Qurban Qurbanovun yetirmələri Misli Premyer Liqasının V turunda “Kəpəz”i 1:0 hesabı ilə məğlub edib.
 
Əvvəlki turlarda “Səbail”i 3:1, “Sumqayıt”ı 2:0, “Şamaxı”nı 4:0 hesabı ilə məğlub edən Ağdam təmsilçisi startdakı qələbə seriyasını 4-ə çatdırıb. “Qarabağ” bunadək dörd dəfə belə uğurlu başlanğıca nail olub. 2003/04, 2013/14, 2017/18 və 2019/20 mövsümlərində də bölgə təmsilçisi ilk 4 qarşılaşmada 12 xal yığıb.
 
“5”ə çatan “Qarabağ” bununla da “Neftçi”ni arxada qoyub. Bakılılar dörd dəfə çempionata 4 qələbə ilə start verib. “Ağ-qaralar” 1992, 1994/95, 1996/97 və 2000/01 mövsümlərinə belə başlayıb.






Misli Premyer liqa

"Zirə" Namik Ələskərovla yollarını ayırdı
  • Misli Premyer liqa
  • 16:52 07.08.2026
"Zirə" Namik Ələskərovla yollarını ayırdı
Rahid Əmirquliyev yenidən "Səbail"də
  • Misli Premyer liqa
  • 15:52 03.08.2026
Rahid Əmirquliyev yenidən "Səbail"də
"Sabah" nigeriyalı vingeri transfer etdi
  • Misli Premyer liqa
  • 23:19 01.08.2026
"Sabah" nigeriyalı vingeri transfer etdi
"Kəpəz" növbəti transferini reallaşdırdı
  • Misli Premyer liqa
  • 10:58 30.07.2026
"Kəpəz" növbəti transferini reallaşdırdı