29 iyul 2026. Çərşənbə

Neftçi'nin zədəli futbolçularından xəbər var


Neftçi'nin zədəli futbolçularından xəbər var
“Neftçi"nin zədəli futbolçuları Azər Salahlı və Sezar Meza Kollinin durumu açıqlanıb. Corner.az xəbər verir ki, bu barədə "ağ-qaralar"ın baş həkimi Şaiq Zöhrablı klubun televiziyasına açıqlamasında məlumat verib.
 
Baş həkim Salahlının ayağından əməliyyat olunduğunu xatırladıb: "O, 2-3 ay ərzində komanda ilə məşqlərə qoşulacaq. Meza Kollinin isə reabilitasiya dövrü başlayıb. Başqa zədəli oyunçumuz yoxdur".
 
Zöhrablı "Zirə"yə 2:1 hesabı ilə qalib gəldikləri Premyer Liqanın 4-cü tur matçında əzələsində spazm aşkarlanan Azər Əliyevin durumunun yaxşı olduğunu və komanda ilə məşqlərə qatıldığını söyləyib.
 
“Neftçi" bu gün 5-ci tur çərçivəsində "Sumqayıt"ı qəbul edəcək. "Bakcell Arena"da baş tutacaq qarşılaşmaya saat 20:30-da start veriləcək.






Misli Premyer liqa

"Zirə" kot-d'ivuarlı hücumçunu transfer etdi
  • Misli Premyer liqa
  • 16:39 21.07.2026
"Zirə" kot-d'ivuarlı hücumçunu transfer etdi
"Şəfa" kanadalı vingeri transfer etdi
  • Misli Premyer liqa
  • 15:57 21.07.2026
"Şəfa" kanadalı vingeri transfer etdi