29 iyul 2026. Çərşənbə

Zirə - Qəbələ matçının məkanı dəyişdirildi


Zirə - Qəbələ matçının məkanı dəyişdirildi
“Zirə” futbol klubu Peşəkar Futbol Liqasına rəsmi məktubla müraciət edib. Corner.az xəbər verir ki, klub ev oyunlarını keçirdiyi Zirə İdman Kompleksinin stadionunun ot örtüyünün son yoxlamalar zamanı yararsız vəziyyətdə olması ilə bağlı Misli Premyer Liqasının 5-ci turunun “Zirə” – “Qəbələ” oyununun “Dalğa Arena”da keçirilməsini xahiş edib.
 
Stadionun vəziyyətini, “Zirə” klubunun rəsmi müraciətini nəzərə alan PFL 5-ci turun “Zirə” - “Qəbələ” görüşünün “Dalğa Arena”da keçirilməsinə qərar verib.
 
Məsələ ilə bağlı “Qəbələ” İdman Klubu və görüşün keçirilməsinə cavabdeh olan digər qurumlar məlumatlandırılıb.
 
Misli Premyer Liqası
5-ci tur
4 sentyabr
 
“Zirə” – “Qəbələ”
“Dalğa Arena”, 20:30.






Misli Premyer liqa

"Zirə" kot-d'ivuarlı hücumçunu transfer etdi
  • Misli Premyer liqa
  • 16:39 21.07.2026
"Zirə" kot-d'ivuarlı hücumçunu transfer etdi
"Şəfa" kanadalı vingeri transfer etdi
  • Misli Premyer liqa
  • 15:57 21.07.2026
"Şəfa" kanadalı vingeri transfer etdi