6 avqust 2026. Cümə axşamı

“Qarabağ” daha bir legioner futbolçusu ilə vidalaşır


“Qarabağ” daha bir legioner futbolçusu ilə vidalaşır

“Qarabağ” klubu yay fasiləsində daha bir legioner futbolçusu ilə yollarını ayırmağa hazırlaşır.

Corner.az xəbər verir ki, Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov Con Delarjın xidmətində maraqlı deyil. Bu səbəbdən klub ötən yay 2+1 illik müqavilə imzaladığı 29 yaşlı futbolçunun göndəriliməsi ilə bağlı mümkün variantları gözdən keçirir.Bu ilin yanvarında intizamsızlığa görə əsas heyətdən kənarlaşdırılan forvardın satılması və ya icarəyə verilməsi mümkündür. Tərəflər ortaq məxrəcə gələcəyi təqdirdə, onunla sözləşməyə qarşılıqlı razılaşma əsasında xitam verilə bilər.

Qeyd edək ki, “Qarabağ” mövsüm başa çatandan sonra polşalı müdafiəçi Yakub Jezniçak, isveçrəli hücumçu İnnosent Emeqara və braziliyalı forvard Reynaldo Silva ilə yollarını ayırıb.







Misli Premyer liqa

Rahid Əmirquliyev yenidən "Səbail"də
  • Misli Premyer liqa
  • 15:52 03.08.2026
Rahid Əmirquliyev yenidən "Səbail"də
"Sabah" nigeriyalı vingeri transfer etdi
  • Misli Premyer liqa
  • 23:19 01.08.2026
"Sabah" nigeriyalı vingeri transfer etdi
"Kəpəz" növbəti transferini reallaşdırdı
  • Misli Premyer liqa
  • 10:58 30.07.2026
"Kəpəz" növbəti transferini reallaşdırdı
"Sabah" Aaron Maluda ilə yollarını ayırdı
  • Misli Premyer liqa
  • 20:56 29.07.2026
"Sabah" Aaron Maluda ilə yollarını ayırdı