24 iyun 2026. Çərşənbə

Zirə ilə Qəbələ'nin 30-cu dueli


Zirə ilə Qəbələ'nin 30-cu dueli
Bu gün Misli Premyer Liqasında 5-ci tura yekun vurulacaq. Corner.az xəbər verir ki, turun sonuncu günündə meydana çıxacaq “Qəbələ” “Zirə” ilə qarşılaşacaq.
 
Bakıda baş tutacaq qarşılaşma iki rəqib arasında 30-cu duel olacaq. Əvvəlki 29 qarşılaşmada 11 qələbə qazanan “Qəbələ” 13 heç-heçə edib və 5 dəfə məğlub olub. Rəqib qapısına 39 qol vuran “Qəbələ” 24 top buraxıb. “Qırmızı-qaralar”ın bu oyunlarda ən yaxşı bombardiri 4 qol vuran Aleksey Qaydır. 
 
İndiyədək keçirilən 29 görüşdən 27-si çempionat, 2-si kubok çərçivəsində keçirilib. Premyer Liqada 9 dəfə rəqibini üstələyən “Qəbələ” 13 matçdan 1 xalla ayrılıb. Digər 5 matçda Bakı klubu qələbə qazanıb. Bu oyunlarda 32 qol vuran “qırmızı-qaralar” 22 top buraxıb.
 
16-cı dəfə “Zirə”nin qonağı olacaq “qırmızı-qaralar” bu rəqiblə səfərdə 15 matç keçirib. “Qəbələ” rəqib meydanındakı matçlarda 6 dəfə qələbə qazanıb, 5 heç-heçə edib və 4 dəfə məğlubiyyət alıb. “Qırmızı-qaralar” bu görüşlərdə 20 qol vurub və 14-nü buraxıb.
 
“Dalğa Arena”da keçiriləcək “Zirə” - “Qəbələ” matçına saat 20:30-da start veriləcək.






Misli Premyer liqa

“Zirə” Ayxan Hüseynovu heyətinə qatıb
  • Misli Premyer liqa
  • 17:44 23.06.2026
“Zirə” Ayxan Hüseynovu heyətinə qatıb
"Kəpəz" Azər Məmmədovla razılığa gəldi
  • Misli Premyer liqa
  • 15:15 23.06.2026
"Kəpəz" Azər Məmmədovla razılığa gəldi
"Qarabağ" iki futbolçusu ilə vidalaşdı
  • Misli Premyer liqa
  • 15:26 22.06.2026
"Qarabağ" iki futbolçusu ilə vidalaşdı
"İmişli" Lətif Rzayevlə yollarını ayırdı
  • Misli Premyer liqa
  • 12:48 22.06.2026
"İmişli" Lətif Rzayevlə yollarını ayırdı
"Araz-Naxçıvan"dan növbəti transfer
  • Misli Premyer liqa
  • 11:39 22.06.2026
"Araz-Naxçıvan"dan növbəti transfer