9 avqust 2026. Bazar günü

Kenni ilə Vatonun durumuna aydınlıq gəldi


Kenni ilə Vatonun durumuna aydınlıq gəldi
Misli Premyer Liqasının 5-ci turu çərçivəsində sentyabrın 3-də “Bakcell Arena”da keçirilmiş “Neftçi” – “Sumqayıt” matçından əvvəl baş tutan yüngül məşq zamanı zədələnmiş futbolçu Kenni Sayef, həmçinin onun əvəzinə adı start heyətinə salınmış və matçın ilk hissəsində eyni aqibəti yaşamış Vato Arveladze klubun sağlamlıq sponsoru olan “Liv Bona Dea Hospital”da müayinədən keçib.
 
Corner.az xəbər verir ki, bununla bağlı “Neftçi” PFK-nın baş həkimi Şaiq Zöhrablı klubun rəsmi saytına açıqlama verib.
 
Baş həkimin verdiyi məlumata görə, burun nahiyəsindən zədə almış və bu səbəbdən qanaxma və yumşaq toxumada əzilmələri olan Sayefin qoruyucu ilə məşq edəcəyi gözlənilir. Bu, bugünkü məşqöncəsi son müayinədən sonra dəqiqləşəcək.
 
Budunun arxa qrup əzələsində kəskin gərilməsi olan Arveladze isə 3-4 həftə müalicə alacaq.
 
Xatırladaq ki, “Sumqayıt” üzərində böyükhesablı (3:0) qələbədən sonra xalının sayını 12-yə yüksəldən “Neftçi” 5 turdan sonra 3-cü pillədə qərarlaşıb.






Misli Premyer liqa

"Zirə" Namik Ələskərovla yollarını ayırdı
  • Misli Premyer liqa
  • 16:52 07.08.2026
"Zirə" Namik Ələskərovla yollarını ayırdı
Rahid Əmirquliyev yenidən "Səbail"də
  • Misli Premyer liqa
  • 15:52 03.08.2026
Rahid Əmirquliyev yenidən "Səbail"də
"Sabah" nigeriyalı vingeri transfer etdi
  • Misli Premyer liqa
  • 23:19 01.08.2026
"Sabah" nigeriyalı vingeri transfer etdi
"Kəpəz" növbəti transferini reallaşdırdı
  • Misli Premyer liqa
  • 10:58 30.07.2026
"Kəpəz" növbəti transferini reallaşdırdı