19 mart 2026. Cümə axşamı

İmişli və Zaqatala yenə uduzdu, Qarabağ darmadağına sevindi


İmişli və Zaqatala yenə uduzdu, Qarabağ darmadağına sevindi

Futbol üzrə Azərbaycan I divizionunda 3-cü tura yekun vurulub. Corner.az xəbər verir ki, son gündə 4 qarşılaşma baş tutub.

MOİK Binə qəsəbəsində “İmişli”ni, “Qaradağ Lökbatan” isə Lökbatanda “Zaqatala”nı qəbul edib. Hər iki oyunda meydan sahibləri qələbəyə sevinən tərəf olub.

“Qarabağ”ın əvəzediciləri bu turda səfərdə “Mingəçevir”in qonağı olub və 4 cavabsız qolla qalib gəlib. Turun son matçında “Səbail” evdə “Neftçi”nin əvəzediciləri qarşılaşıb. Beş qolun qeydə alındığı bu oyunda isə qonaqlar qələbə qazanıb.

I Divizion
3-cü tur
7 sentyabr

MOİK – İmişli 3:2
Qol: Fərmayıl Əliyev, 77. Rüstəm Rüstəmov, 84. İlham Allahverdiyev, 87 – Bayram Əliyev, 37. Elariz Xəlilli, 41.
Hakimlər: Əli Əliyev, Asiman Əzizli, Rasim Axundov, Nicat İsmayıllı
Binə qəsəbə stadionu, 16:30

Mingəçevir – Qarabağ-2 0:4
Qol: Seyxan Fərəcov, 23. Əşrəf Zeynallı, 38. Emil Abbasov, 63. Elvin Nəsibov, 78.
Hakimlər: Kamran Əliyev, Asif Abdullayev, Taleh Məmmədov, Emin Əliyev
Yaşar Məmmədzadə adına Mingəçevir şəhər stadionu, 16:30

Qaradağ Lökbatan – Zaqatala 5:1
Qol: Elnur Cəfərov, 3; 44. Ceyhun Muxtarlı, 17. Raul Məmmədov, 32. Sərxan Abdullayev, 90+2-pen – Nazim Bağırov, 90.
Hakimlər: Rövşən Rəcəbov, Kərim Zeynalov, Şirmamed Mamedov, Kamal Umudlu
Lökbatan Olimpiya İdman Kompleksinin stadionu, 16:30

Səbail-2 – Neftçi-2 2:3
Qol: Vidadi Cəfərov, 18; 32-pen – Elton Əlibəyli, 44. Həbib İsmayılov, 50. Vüsal Əsgərov, 57.
Hakimlər: Elvin Bayramov, Elmin Süleymanov, Teymur Teymurov, İrşad Aydınov
“ASCO Arena”, 17:00

İlk oyun günündə qeydə alınan nəticələr:

Turan Tovuz-2 – Sumqayıt-2 3:0
Qəbələ-2 – Kəpəz-2 1:0
Araz Naxçıvan – Şamaxı-2 5:0







Misli Premyer liqa

Premyer Liqada 300-cü, tarixdə 400-cü
  • Misli Premyer liqa
  • 11:44 16.03.2026
Premyer Liqada 300-cü, tarixdə 400-cü
“Neftçi”nin 150-ci penaltisi
  • Misli Premyer liqa
  • 11:00 16.03.2026
“Neftçi”nin 150-ci penaltisi
Musa “100”ə çatdı
  • Misli Premyer liqa
  • 10:44 16.03.2026
Musa “100”ə çatdı
Tarixdə 9-cu
  • Misli Premyer liqa
  • 10:22 16.03.2026
Tarixdə 9-cu
Qərb derbisində qalib müəyyənləşmədi
  • Misli Premyer liqa
  • 16:57 15.03.2026
Qərb derbisində qalib müəyyənləşmədi
“Sabah” “İmişli”ni darmadağın etdi
  • Misli Premyer liqa
  • 18:12 14.03.2026
“Sabah” “İmişli”ni darmadağın etdi