12 may 2026. Çərşənbə axşamı

Qəbələ ilə Neftçi 61-ci dəfə üz-üzə


Qəbələ ilə Neftçi 61-ci dəfə üz-üzə
Bu həftə Misli Premyer Liqasında 6-cı turun oyunları keçiriləcək. Corner.az xəbər verir ki, “Qəbələ” turun ikinci günündə meydana çıxacaq.
 
Elmar Baxşıyevin baş məşqçisi olduğu komanda öz meydanında “Neftçi” ilə üz-üzə gələcək.
 
Qəbələ şəhər stadionunda baş tutacaq matç rəqiblərin 61-ci dueli olacaq. Komandalar indiyədək 60 dəfə qarşılaşıb. Aktivində 18 qələbə olan “Qəbələ” 16 heç-heçə edib və 26 dəfə məğlub olub. Rəqib qapısına 73 top vuran “Qəbələ” futbolçuları 87 qol buraxıb. 
 
Sentyabrın 10-dakı oyun Premyer Liqa çərçivəsində 56-cı qarşılaşma olacaq. Əvvəlki 55 matçda 17 qələbəsi olan “Qəbələ” 13 dəfə bir xalla kifayətlənib və 25 dəfə uduzub. Rəqib qapısına 66 dəfə yol tapan “qırmızı-qaralar” 82 top buraxıb. 
 
“Qəbələ” “Neftçi”ni 31-ci dəfə qəbul edəcək. Əvvəlki 30 matçda bu komanda 9 dəfə qalib gəlib, 7 heç-heçə edib və 14 dəfə uduzub. Bu matçlarda meydan sahibləri 38, qonaqlar 43 qol vurub.
 
Xatırladaq ki, sentyabrın 10-da Qəbələ şəhər stadionunda keçiriləcək matç saat 18:00-də başlayacaq.






Misli Premyer liqa

"Araz-Naxçıvan"da ayrılıq
  • Misli Premyer liqa
  • 13:14 12.05.2026
"Araz-Naxçıvan"da ayrılıq
Premyer Liqada 200-cü oyun
  • Misli Premyer liqa
  • 12:12 11.05.2026
Premyer Liqada 200-cü oyun
Mövsümdə 2-ci dəfə
  • Misli Premyer liqa
  • 11:57 11.05.2026
Mövsümdə 2-ci dəfə
İkinci ispaniyalı
  • Misli Premyer liqa
  • 11:52 11.05.2026
İkinci ispaniyalı
21-ci mükafatçı, Avropada 23-cü təmsilçi
  • Misli Premyer liqa
  • 11:46 11.05.2026
21-ci mükafatçı, Avropada 23-cü təmsilçi
“Neftçi” “Şamaxı”ya şans vermədi
  • Misli Premyer liqa
  • 22:34 10.05.2026
“Neftçi” “Şamaxı”ya şans vermədi