- Misli Premyer liqa
- 10:57 05.12.2025
Bu gün Misli Premyer Liqasında 6-cı turun oyunlarına start verilib. Corner.az xəbər verir ki, açılış oyununda “Turan Tovuz” doğma meydanda “Kəpəz”i qəbul edib.
Tovuz şəhər stadionunda keçilən oyunu Vüqar Həsənli idarə edib.
Bu oyundan öncə Tovuz təmsilçisi 7 xalla 5-ci pillədə, xalı olmayan Gəncə klubu isə sonuncu pillədə qərarlaşmışdı. Bu görüşdə isə meydan sahibləri qələbəyə sevinən tərəf olub.
Bu turun digər 4 matçı şənbə və bazar günləri keçiriləcək. Sentyabrın 10-da “Qəbələ” – “Neftçi” və “Səbail” – “Zirə”, 1 gün sonra isə “Sumqayıt” – “Şamaxı” və “Qarabağ” – “Sabah” oyunları baş tutacaq.
Misli Premyer Liqası
6-cı tur
9 sentyabr
Turan Tovuz – Kəpəz 2:0
Qol: R.Eva, 39; 77-pen.
Hakimlər: Vüqar Həsənli, Rəhman İmami, Eyyub İbrahimov, Rövşən Rəcəbov.
VAR: Elçin Məsiyev.
AVAR: Vüsal Məmmədov.
Tovuz şəhər stadionu.
Turan Tovuz: 1. Tərlan Əhmədli, 3. Tərlan Quliyev, 4. Şəhriyar Əliyev (k), 7. Ehtiram Şahverdiyev, 10. Xəyal Nəcəfov, 8. Şakir Seyidov, 6. Turan Vəlizadə, 55. Xulu Siyanda, 17. Natan Oduva, 19. Runi Eva, 5. Ben Aziz Dao.
Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 77. Cavid Tağıyev, 60. Səbayıl Bağırov, 39. Sadiq Quliyev, 22. Famil Camalov, 99. Veysəl Rzayev, 21. Abbas Ağazadə, 15. Vüsal Məsimov, 87. Nazim Həsənzadə, 9. İmeda Aşortiya, 23. Okebuqvu Henri, 11. Ayxan Quseynov.
Baş məşqçi: Ayxan Abbasov.
Kəpəz: 12. Kamran İbrahimov, 74. Yusif Nəbiyev, 10. Əli Səmədov (k), 14. Elçin Əlicanov, 77. Fərid Nəbiyev, 2. Zamiq Əliyev, 27. Samir Məhərrəmli, 5. Peyman Keşavarzi, 40. Ahmed Ayzaya, 9. Mate Kvirkviya, 7. Giorgi Kantariya.
Ehtiyat oyunçular: 1. Müşviq Nadirov, 68. Orxan Sadıqlı, 8. Tural Axundov, 70. Nicat Süleymanov, 72. Zahid Mərdanov, 17. Ümid Səmədov, 15. Cavad Kərimov, 29. Rinat Quseinov, 78. Yeqor Xvalko, 24. Mixeil Erqemlidze, 19. Abdullahi Şuaybu.
Baş məşqçi: Tərlan Əhmədov.