30 yanvar 2026. Cümə

Neftçi və Zirə'dən səfər qələbəsi


Neftçi və Zirə'dən səfər qələbəsi

Bu gün Misli Premyer Liqasında 6-cı turun daha 2 oyunu keçirilib. Corner.az xəbər verir ki, günün ilk matçı "Qəbələ" doğma meydanda “Neftçi”i ilə üz-üzə gəlib.

Bu oyundan öncə “ağ-qaralar” 12 xalla 3-cü, “qırmızı-qaralar” isə 9 xalla 5-ci idi. Görüşə gəldikdə isə hesabı meydan sahiblərinin açdığı bu oyunda qonaqlar əzmkar qələbə qazanaraq liderliyə yüksəlib.

Günün son matçında “Səbail” doğma meydanda “Zirə”ni qəbul edib. Komandalar turnir cədvəlində qonşu pillələrdə qərarlaşmışdı. 7 xalı olan “qartallar” 6-cı, rəqibindən 2 xal geridə olan “dənizçilər” 5-ci yerdə qərarlaşmış idi. Üç qolun qeydə alındığı bu görüşdə də  qonaqlar qələbəyə sevinən tərəf olub.

Turun açılış matçında “Turan Tovuz” evdə “Kəpəz”i 2:0 hesabı ilə məğlub edib. Tura sentyabrın 11-də keçiriləcək “Sumqayıt” – “Şamaxı” və “Qarabağ” – “Sabah” oyunları ilə yekun vurulacaq.

Misli Premyer Liqası
VI tur
10 sentyabr

“Qəbələ” – “Neftçi” 1:2
Qol: M.İsayev, 31 – A.Caber, 46; 53.
Hakimlər: Rəvan Həmzəzadə, Kamran Bayramov, Cəmil Quliyev, Rəşad Əhmədov
Qəbələ şəhər stadionu.

“Səbail” – “Zirə” 1:2
Qol: A.Ramazanov, 13 – D.Çantakias, 5. S.Taşkın, 33.
Qırmızı vərəqə: T.Bayramlı, 72 (ikinci sarı).
Hakimlər: Rauf Allahverdiyev, Pərvin Talıbov, Müslüm Əliyev, Tural Qurbanov
“ASCO Arena”.







Misli Premyer liqa

“Sabah”dan "Şamaxı"ya
  • Misli Premyer liqa
  • 18:47 28.01.2026
“Sabah”dan "Şamaxı"ya
"Sabah" onunla yollarını ayırıb
  • Misli Premyer liqa
  • 13:37 26.01.2026
"Sabah" onunla yollarını ayırıb
"Neftçi" evdə “Zirə” ilə heç-heçə etdi
  • Misli Premyer liqa
  • 20:53 23.01.2026
"Neftçi" evdə “Zirə” ilə heç-heçə etdi