9 avqust 2026. Bazar günü

Premyer Liqada tarixin 4-cüsü


Premyer Liqada tarixin 4-cüsü
“Sumqayıt” Misli Premyer Liqasında ilk qolunu vurub. Corner.az xəbər verir ki, Aleksey Baqanın yetirmələri VI turun “Şamaxı” ilə ev oyununda fərqlənib.
 
Meydan sahibləri 3-cü dəqiqədə Almir Aqanspahiçin penalti zərbəsi ilə hesabı açıb.
 
“Gənclik şəhəri” təmsilçisi Azərbaycan çempionatlarının 30 illik tarixində ilk qolunu ən gec - mövsümdəki 6-cı matçında vuran 4-cü komanda olub. Lakin sumqayıtlılar dəqiqə baxımından digər üç uğursuzu qabaqlayıb. Aqanspahiç qolunu komandası 453 dəqiqə gözləyib. Mütləq antirekord isə 2015/16 mövsümündə ilk qolunu məhz “Sumqayıt”la görüşün 90+4-cü dəqiqəsində vuran AZAL-a məxsusdur.
 
İlk qolunu ən gec vuranlar (ən azı 5 oyundan sonra)
 
1. AZAL (2015/16 mövsümü) – 540-cı dəqiqə, Aleksandr Qurulu, “Sumqayıt”la oyun – 1:1
 
2. “Xəzər” Lənkəran (1992 mövsümü) – 471-ci dəqiqə, Məhərrəm Bağırov, “Energetik”lə oyun – 2:1
 
3. “Göyəzən” (2004/05 mövsümü) – 462-ci dəqiqə, Mehman Yunusov (öz qapısına), “Qarabağ”la oyun – 2:4
 
4. “Sumqayıt” (2022/23 mövsümü) – 453-cü dəqiqə, Almir Aqanspahiç, “Şamaxı” ilə oyun – 1:1






Misli Premyer liqa

"Zirə" Namik Ələskərovla yollarını ayırdı
  • Misli Premyer liqa
  • 16:52 07.08.2026
"Zirə" Namik Ələskərovla yollarını ayırdı
Rahid Əmirquliyev yenidən "Səbail"də
  • Misli Premyer liqa
  • 15:52 03.08.2026
Rahid Əmirquliyev yenidən "Səbail"də
"Sabah" nigeriyalı vingeri transfer etdi
  • Misli Premyer liqa
  • 23:19 01.08.2026
"Sabah" nigeriyalı vingeri transfer etdi
"Kəpəz" növbəti transferini reallaşdırdı
  • Misli Premyer liqa
  • 10:58 30.07.2026
"Kəpəz" növbəti transferini reallaşdırdı