24 iyun 2026. Çərşənbə

Sabah'la Kəpəz'in futbolçularına 2 oyunluq cəza


Sabah'la Kəpəz'in futbolçularına 2 oyunluq cəza
Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Corner.az xəbər verir ki, iclasda aşağıdakı qərarlar qəbul olunub:
 
Gənclər Liqasının “Sumqayıt” – “Şamaxı” oyununda “Sumqayıt”ın futbolçusu Sənan Hüseynov oyunun 10-cu dəqiqəsində “sonuncu ümid folu”na görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb. “Sumqayıt”ın digər futbolçusu Samur-xan Aslanxanov oyunun 87-ci dəqiqəsində dəqiqəsində “sonuncu ümid folu”na görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.
 
Gənclər Liqasının “Kəpəz” – “Sabah” oyununda “Kəpəz”in futbolçusu Elşən Mirzəyev oyunun 39-cu dəqiqəsində kobud oyuna görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanıb. “Sabah”ın futbolçusu Firəddin Abdullayev oyunun 39-cu dəqiqəsində kobud oyuna görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanıb.
 
Gənclər Liqasının “Zirə” – “Sumqayıt” oyununda “Zirə”nin futbolçusu Azər Arzumanov oyunun 90+3-cü dəqiqəsində “sonuncu ümid folu”na görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.
 
Gənclər Liqasının “Turan Tovuz” – “Neftçi” oyununda “Neftçi”nin futbolçusu Fərid Səfərli oyunun 87-ci dəqiqəsində “sonuncu ümid folu”na görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.
 
Gənclər Liqasının “Qarabağ” FK – “Turan Tovuz” oyununda “Qarabağ”ın futbolçusu Fəzail Şirxanzadə oyunun 90+7-ci dəqiqəsində “sonuncu ümid folu”na görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.
 
Gənclər Liqasının “Neftçi” – “Zirə” oyununda “Zirə”nin futbolçusu Aydın İsaxanzadə oyunun 28-ci dəqiqəsində “sonuncu ümid folu”na görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb. “Zirə”nin digər futbolçusu Süleyman Bəşirov oyunun 42-ci dəqiqəsində “sonuncu ümid folu”na görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.






Misli Premyer liqa

“Zirə” Ayxan Hüseynovu heyətinə qatıb
  • Misli Premyer liqa
  • 17:44 23.06.2026
“Zirə” Ayxan Hüseynovu heyətinə qatıb
"Kəpəz" Azər Məmmədovla razılığa gəldi
  • Misli Premyer liqa
  • 15:15 23.06.2026
"Kəpəz" Azər Məmmədovla razılığa gəldi
"Qarabağ" iki futbolçusu ilə vidalaşdı
  • Misli Premyer liqa
  • 15:26 22.06.2026
"Qarabağ" iki futbolçusu ilə vidalaşdı
"İmişli" Lətif Rzayevlə yollarını ayırdı
  • Misli Premyer liqa
  • 12:48 22.06.2026
"İmişli" Lətif Rzayevlə yollarını ayırdı
"Araz-Naxçıvan"dan növbəti transfer
  • Misli Premyer liqa
  • 11:39 22.06.2026
"Araz-Naxçıvan"dan növbəti transfer