8 may 2026. Cümə

Çempionat oyunları bir dəqiqəlik sükutla başlayacaq


Çempionat oyunları bir dəqiqəlik sükutla başlayacaq

Misli Premyer Liqasının VII turunun oyunları bir dəqiqəlik sükutla başlayacaq. Bu barədə matc.az saytına Peşəkar Futbol Liqasından məlumat verilib. Qurumun media və marketinq direktoru Sənan Abdullayev bildirib ki, I Divizionun IV turunun və Misli Premyer Liqasının VII turunun  oyunlarında 1 dəqiqəlik sükutun elan olunması barədə qərar qəbul olunub. 

Buna Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədində törədilən genişmiqyaslı təxribatın qarşısı alınarkən Azərbaycan Silahlı Qüvvələrin 50 hərbi qulluqçusunun şəhid olması səbəb olub.

Premyer Liqada əcnəbilərin də çıxış etdiyini nəzərə alaraq, daha bir addım atılacaq. Bütün oyunlarda komandaların salamlaşmasından sonra futbolçuların mərkəz dairədə 1 dəqiqəlik sükuta gedən zaman diktorlar aşağıdakı mətni Azərbaycan və ingilis dillərində səsləndirəcəklər:  

“Sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində genişmiqyaslı təxribat törədilib. Təxribat nəticəsində Azərbaycan ordusunun 50 hərbi qulluqçusu şəhid olub”.

Şəhid olan hərbi qulluqçularımızın ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, yaralılarımıza Allahdan şəfa diləyirik.

Allah rəhmət eləsin!







Misli Premyer liqa

“Neftçi”dən inamlı qələbə
  • Misli Premyer liqa
  • 17:53 05.05.2026
“Neftçi”dən inamlı qələbə
60-cı qol
  • Misli Premyer liqa
  • 10:59 05.05.2026
60-cı qol
Mövsümün rekordu təkrarlandı
  • Misli Premyer liqa
  • 10:54 05.05.2026
Mövsümün rekordu təkrarlandı
Mövsümdə 3-cü, tarixdə 10-cu
  • Misli Premyer liqa
  • 10:34 05.05.2026
Mövsümdə 3-cü, tarixdə 10-cu
“Qarabağ” “Turan Tovuz”u məğlub etdi
  • Misli Premyer liqa
  • 21:25 04.05.2026
“Qarabağ” “Turan Tovuz”u məğlub etdi
“Zirə” “Qəbələ”ni məğlub etdi
  • Misli Premyer liqa
  • 20:33 03.05.2026
“Zirə” “Qəbələ”ni məğlub etdi