12 may 2026. Çərşənbə axşamı

Araz Naxçıvan'la Mingəçevir səfərdə, Zaqatala evdə qələbə qazandı


Araz Naxçıvan'la Mingəçevir səfərdə, Zaqatala evdə qələbə qazandı

Futbol üzrə Azərbaycan I Divizionunda 4-cü turun oyunları keçirilir. Corner.az xəbər verir ki, bu gün daha 4 qarşılaşma baş tutub.

Doqquz qolun qeydə alındığı “Zaqatala” - “Səbail-2”  matçında meydan sahibləri qələbəyə sevinən tərəf olub. “Zirə” ilə “Turan Tovuz”un əvəzediciləri arasındakı matçda da meydan sahibləri qələbə qazanıb.

“Araz Naxçıvan” bu dəfə səfərdə “Kəpəz”in ikinci komandası üzərində qələbəyə sevinib. “Mingəçevir” isə “İmişli”ni 6 cavabsız qolla məğlub edib.

Xatırladaq ki, ilk oyun günündə “Qarabağ”ın əvəzediciləri “Qaradağ Lökbatan”ı 2:0 hesabıyla məğlub etmişdi. “Şamaxı-2” - MOİK matçında isə heç-heçə (1:1) qeydə alınıb. Tura sentyabrın 19-da keçiriləcək “Sumqayıt-2” – “Qəbələ-2” oyunu ilə yekun vurulacaq.

I Divizion
4-cü tur

14 sentyabr

Zaqatala – Səbail-2 5:4
Qol: Emin Quliyev, 3; 16; 29. Elnur İbragimov, 58. Cəlal Cəbrayılov, 89 – Balamirzə Soltanov, 9; 54. Taleh Qarayev, 10. Zeynəddin Abdurahmanov, 86.
Hakimlər: Namiq Bəkirov, Səbuhi Soltanov, Ruslan Quliyev, Rövşən Rəcəbov.
Zaqatala Olimpiya İdman Kompleksinin stadionu, 16:00.

Kəpəz-2 – Araz Naxçıvan 1:2
Qol: Nihat Fərəci, 14 – Fərid Kərimzadə, 21. De Saboa İv Lüsyen, 64.
Hakimlər: Tural Qurbanov, Asif Abdullayev, Zakir Şükürzadə, Əkbər Əhmədov
Gəncə şəhər stadionu (azarkeşsiz), 16:00.

İmişli – Mingəçevir 0:6
Qol: Ruslan Voronsov, 18; 45+2. Cavid Məmmədli, 20; 47. Tural Məmmədzadə, 33; 64.
Hakimlər: Səbuhi Bayramov, Tərlan Talıbzadə, Elman Kərimov, Kamran Əliyev
Saatlı Olimpiya İdman Kompleksinin stadionu, 16:30.

Zirə-2 – Turan Tovuz-2 2:1
Qol: İlkin Muradov, 54. Samir Ağayev, 62 – Famil Camalov, 90+3-pen.
Hakimlər: Emin Əliyev, Kərim Zeynalov, Şirmamed Mamedov, Nicat İsmayıllı
“ASK Arena”, 19:30.







Misli Premyer liqa

"Araz-Naxçıvan"da ayrılıq
  • Misli Premyer liqa
  • 13:14 12.05.2026
"Araz-Naxçıvan"da ayrılıq
Premyer Liqada 200-cü oyun
  • Misli Premyer liqa
  • 12:12 11.05.2026
Premyer Liqada 200-cü oyun
Mövsümdə 2-ci dəfə
  • Misli Premyer liqa
  • 11:57 11.05.2026
Mövsümdə 2-ci dəfə
İkinci ispaniyalı
  • Misli Premyer liqa
  • 11:52 11.05.2026
İkinci ispaniyalı
21-ci mükafatçı, Avropada 23-cü təmsilçi
  • Misli Premyer liqa
  • 11:46 11.05.2026
21-ci mükafatçı, Avropada 23-cü təmsilçi
“Neftçi” “Şamaxı”ya şans vermədi
  • Misli Premyer liqa
  • 22:34 10.05.2026
“Neftçi” “Şamaxı”ya şans vermədi