19 mart 2026. Cümə axşamı

Qəbələ ilə Sumqayıt 43-cü dəfə üz-üzə


Qəbələ ilə Sumqayıt 43-cü dəfə üz-üzə
Bu həftə Misli Premyer Liqasında VII turun matçları keçiriləcək. Corner.az xəbər verir ki, ikinci oyun günündə meydana çıxacaq “Qəbələ” “Sumqayıt”la üz-üzə gələcək.
 
Qəbələ şəhər stadionunda baş tutacaq qarşılaşma iki rəqib arasında 43-cü duel olacaq. 
 
Komandalar indiyədək 42 dəfə qarşılaşıb. “Qırmızı-qaralar” əvvəlki matçlarda üstünlüyə malikdir. Hesabında 24 qələbə olan “Qəbələ” 13 bərabərlik edib və 5 dəfə məğlub olub. Rəqib qapısından 66 top keçirən bu komanda 30 qol buraxıb. “Sumqayıt”ın qapısına Viktor Mendi hamıdan çox – 7 top vurub.
 
Premyer Liqa çərçivəsində baş tutan 39 görüşdə 22 dəfə üç xal qazanan “Qəbələ” 12 sülhə imza atıb. 5 matçda isə “Sumqayıt” qalib gəlib. Çempionat oyunlarındakı top fərqi 63-29-dur.
 
22-ci dəfə öz meydanında “Sumqayıt”ı sınağa çəkəcək “Qəbələ” evdə 14 qələbə qazanıb, 6 heç-heçə edib və 1 dəfə məğlub olub. Öz meydanında 37 top vuran  “Qəbələ” 13 qol buraxıb.
 
Xatırladaq ki, sentyabrın 17-də Qəbələ şəhər stadionunda baş tutacaq bu görüşə saat 19:00-da start veriləcək.






Misli Premyer liqa

Premyer Liqada 300-cü, tarixdə 400-cü
  • Misli Premyer liqa
  • 11:44 16.03.2026
Premyer Liqada 300-cü, tarixdə 400-cü
“Neftçi”nin 150-ci penaltisi
  • Misli Premyer liqa
  • 11:00 16.03.2026
“Neftçi”nin 150-ci penaltisi
Musa “100”ə çatdı
  • Misli Premyer liqa
  • 10:44 16.03.2026
Musa “100”ə çatdı
Tarixdə 9-cu
  • Misli Premyer liqa
  • 10:22 16.03.2026
Tarixdə 9-cu
Qərb derbisində qalib müəyyənləşmədi
  • Misli Premyer liqa
  • 16:57 15.03.2026
Qərb derbisində qalib müəyyənləşmədi
“Sabah” “İmişli”ni darmadağın etdi
  • Misli Premyer liqa
  • 18:12 14.03.2026
“Sabah” “İmişli”ni darmadağın etdi