30 yanvar 2026. Cümə

Sabah və Turan fanatlarından birlik nümayişi


Sabah və Turan fanatlarından birlik nümayişi
“Mövzu vətəndirsə, hamımız bir yumruğuq”. Corner.az xəbər verir ki, bu çağırışla “Sabah” və “Turan Tovuz”un azarkeş qrupları çıxış ediblər.
 
Bu gün Premyer Liqanın 7-ci turu çərçivəsində “Sabah” Masazırda “Turan Tovuz”u qəbul edəcəklər. Bu iki komandanın azarkeşləri isə sözügedən matçda həmrəylik nümayiş etdirmək qərarına gəliblər. Bu barədə “Soldati di Sabah” azarkeş qrupunun sosial şəbəkə hesabında məlumat verilib:
 
“Bu gün baş tutacaq “Sabah” – “Turan Tovuz” oyununu “Soldati di Sabah”, “Genç Fenerbahçeliler” və “Tovuz Ultras” azarkeş qrupları bir yerdə, çiyin çiyinə izləyəcəklər. Oyun ərzində isə Ermənistanın təxribatı nəticəsində şəhid olmuş hərbçilərimizlə bağlı şüarlar səsləndiriləcək. Bu addımın atılmasına səbəb şəhidlərimizin əziz xatirəsini yad etmək və belə həssas anlarda hər zaman bir olduğumuzu nümayiş etdirməkdir”.
 
Sözügedən matçda saat 18:00-da start veriləcək.






Misli Premyer liqa

“Sabah”dan "Şamaxı"ya
  • Misli Premyer liqa
  • 18:47 28.01.2026
“Sabah”dan "Şamaxı"ya
"Sabah" onunla yollarını ayırıb
  • Misli Premyer liqa
  • 13:37 26.01.2026
"Sabah" onunla yollarını ayırıb
"Neftçi" evdə “Zirə” ilə heç-heçə etdi
  • Misli Premyer liqa
  • 20:53 23.01.2026
"Neftçi" evdə “Zirə” ilə heç-heçə etdi