12 may 2026. Çərşənbə axşamı

AFFA kütləvi davaya görə 7 futbolçunu 6 oyunluq cəzalandırdı


AFFA kütləvi davaya görə 7 futbolçunu 6 oyunluq cəzalandırdı
AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Corner.az xəbər verir ki, iclasda AFFA U-17 Liqasının oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul olunub.
 
“Xan Lənkəran” – “Sumqayıt” oyununda “Sumqayıt”ın futbolçusu Rəvan Məsiyev qeyri-idman hərəkətinə görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.
 
İCBFA – “Qəbələ” oyununda İCBFA-nın futbolçusu Cavid Məmmədzadə “sonuncu ümid folu”na görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.
 
“Kəpəz” – “Qarabağ” oyununda “Kəpəz”in futbolçuları Cəfər Abbasov, Ülvi Cabbarov, Hüseyn Hüseynov, Qaya Nəsibov kütləvi şəkildə, 2 və daha artıq şəxsin iştirakı ilə dava-dalaşda iştirak etdiyinə görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldıqları üçün 6 oyun cəzalanıblar. Eyni davada iştirak edən “Qarabağ”ın futbolçuları - Elton Babazadə, Kamil Sadiqov və Sabir Rzazadə də 6 oyunluq cəzaya məruz qalıb.
 
“Şamaxı” – “Neftçi” oyununda “Neftçi”nin futbolçusu Nicat Qaragözlü düşüncəsiz hərəkətinə görə birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb. “Şamaxı”nın futbolçusu Məmmədzadə Süleyman təhqiredici hərəkətinə görə birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 3 oyun cəzalanıb.
 
“Qəbələ” İK – “Zaqatala” oyununda “Zaqatala”nın məktubu əsasında komanda maddi problemləri ilə bağlı oyunlarda iştirak etməməsi səbəbindən ona 0:3 hesabı ilə məğlubiyyət verilib. Bu hal üçüncü dəfə təkrarlandığına görə komanda yarışlardan kənarlaşdırılıb.






Misli Premyer liqa

"Araz-Naxçıvan"da ayrılıq
  • Misli Premyer liqa
  • 13:14 12.05.2026
"Araz-Naxçıvan"da ayrılıq
Premyer Liqada 200-cü oyun
  • Misli Premyer liqa
  • 12:12 11.05.2026
Premyer Liqada 200-cü oyun
Mövsümdə 2-ci dəfə
  • Misli Premyer liqa
  • 11:57 11.05.2026
Mövsümdə 2-ci dəfə
İkinci ispaniyalı
  • Misli Premyer liqa
  • 11:52 11.05.2026
İkinci ispaniyalı
21-ci mükafatçı, Avropada 23-cü təmsilçi
  • Misli Premyer liqa
  • 11:46 11.05.2026
21-ci mükafatçı, Avropada 23-cü təmsilçi
“Neftçi” “Şamaxı”ya şans vermədi
  • Misli Premyer liqa
  • 22:34 10.05.2026
“Neftçi” “Şamaxı”ya şans vermədi