9 avqust 2026. Bazar günü

Fasilə bizim üçün faydalı olacaq - Sabah'ın məşqçisi


Fasilə bizim üçün faydalı olacaq - Sabah'ın məşqçisi

“Sabah”ın məşqçisi Artur Olenin Premyer Liqanın 7-ci turu çərçivəsində “Turan Tovuz”a qarşı keçirdikləri oyunu şərh edib. Corner.az xəbər verir ki, o, 3:1 hesabıyla qalib gəldikləri oyundan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:

- Əvvəlcə şəhidlərə Allahdan rəhmət diləyirəm. Ümid edirəm, müharibə tez bitəcək. Oyuna gəldikdə, üstünlük bizdə oldu. Yaxşı qol imkanlarımız var idi. Rəqibin qolundan sonra da hücumlarımızı artırdıq və 3-cü qolu vurduq.

- Hesabda irəli olandan sonra komandanın rəqibə qeyri-ciddi yanaşdığını demək olar?
- Məncə, belə olmadı. Rahatlaşsaydıq, daha çox qol vurmağa çalışmazdıq. Kuryoz qol buraxdıq.

- Futbolçularınıza rəqibdə əsas nəyə diqqət etməyi tövsiyə edirdiz?
- Oyun ərzində etməli olduqlarını deyirdik.

- İndiki məqamda qarşıdakı fasilə "Sabah" üçün faydalıdır?
- Əlimizdə olan oyunçularla hazırlaşacağıq. Zədəlilərimiz də fasilədən sonra geri qayıdacaq. Bu, bizim üçün faydalı olacaq.







Misli Premyer liqa

"Zirə" Namik Ələskərovla yollarını ayırdı
  • Misli Premyer liqa
  • 16:52 07.08.2026
"Zirə" Namik Ələskərovla yollarını ayırdı
Rahid Əmirquliyev yenidən "Səbail"də
  • Misli Premyer liqa
  • 15:52 03.08.2026
Rahid Əmirquliyev yenidən "Səbail"də
"Sabah" nigeriyalı vingeri transfer etdi
  • Misli Premyer liqa
  • 23:19 01.08.2026
"Sabah" nigeriyalı vingeri transfer etdi
"Kəpəz" növbəti transferini reallaşdırdı
  • Misli Premyer liqa
  • 10:58 30.07.2026
"Kəpəz" növbəti transferini reallaşdırdı