19 mart 2026. Cümə axşamı

Bu heyətlə vəziyyətdən çıxmalıyıq


Bu heyətlə vəziyyətdən çıxmalıyıq
"Səbail”in baş məşqçisi Mahmud Qurbanov Premyer Liqanın 7-ci turu çərçivəsində “Neftçi”yə qarşı keçirdikləri oyunu şərh edib. Corner.az xəbər verir ki, o, 0:2 hesabıyla məğlub olduqları oyundan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:
 
“Bu gün bütün komponentlərdə rəqibə uduzduq. Müdafiədə səhvlərimiz var. Hər matçdan sonra bunları aradan qaldırmağa çalışırıq. Hələlik alınmır. Hər oyunda qol buraxırıqsa, deməli, problem müdafiədədir. Diqqətsizlikdən qapımızda qollar görürük. Bununla "Neftçi"nin qələbəsini şübhə altına salmaq istəmirik. Əsas səbəb özümüzlə bağlıdır".
 
Onun sözlərinə görə, komandada sabitlik çatmır: "Görünür, hələ çox işləməliyik. Çempionatdakı bəzi klublarla mübarizə aparmağa gücümüz çatmır. Hər dəfə futbolçulara sərt oynamağı tapşırırıq. Amma ikinci hissədə bunu edə bilmədik. Nəticədə məğlub olduq".
 
Qurbanov yayda alınan futbolçuların çıxışını da dəyərləndirib: "Bu oyunçuları özümüz bəyənib almışıq. Hər matçda fərqli oyun göstərirlər. Bu da komandaya pis təsir edir. Əslində komanda 90 dəqiqə mübarizə aparmalıdır. Amma bəzi matçlarda bunu görmürük. Uduzanda ən asan şey bəhanə gətirməkdir. Amma biz problemin kökünü bilirik. Demək olar ki, hər oyunda qol buraxırıq".
 
Mütəxəssis bəzi futbolçuların əvəzedici komandaya göndəriləcəyini istisna etməyib: “Bütün oyunçulara şans verirəm. Hər şey özlərindən asılıdır. Yaxşı oynasalar, milli komandaya düşmək şansları da çox olar. Yığmada bizdən nə qədər çox futbolçu olsa, o qədər xeyirdir".
 
Qurbanov deyib ki, iki dayaq yarımmüdafiəçisi ilə oynamaq hücum futbolu göstərməyə mane olmur: "Əsas odur ki, komanda şəklində mübarizə aparaq. Biz öz tapşırıqlarımızı veririk, oyunçular da bunu meydanda yerinə yetirməlidir".
 
O, milli komandanın oyunları ilə bağlı yaranacaq fasilədə çox işləməli olduqlarını qeyd edib: "Yeni futbolçular gətirə bilməyəcəyik. Ona görə də səhvləri analiz edib, hazırkı heyətlə vəziyyətdən çıxmalıyıq".






Misli Premyer liqa

Premyer Liqada 300-cü, tarixdə 400-cü
  • Misli Premyer liqa
  • 11:44 16.03.2026
Premyer Liqada 300-cü, tarixdə 400-cü
“Neftçi”nin 150-ci penaltisi
  • Misli Premyer liqa
  • 11:00 16.03.2026
“Neftçi”nin 150-ci penaltisi
Musa “100”ə çatdı
  • Misli Premyer liqa
  • 10:44 16.03.2026
Musa “100”ə çatdı
Tarixdə 9-cu
  • Misli Premyer liqa
  • 10:22 16.03.2026
Tarixdə 9-cu
Qərb derbisində qalib müəyyənləşmədi
  • Misli Premyer liqa
  • 16:57 15.03.2026
Qərb derbisində qalib müəyyənləşmədi
“Sabah” “İmişli”ni darmadağın etdi
  • Misli Premyer liqa
  • 18:12 14.03.2026
“Sabah” “İmişli”ni darmadağın etdi