24 iyun 2026. Çərşənbə

Kəpəz'dən ilk qələbə, Qarabağ'dan darmadağın


Kəpəz'dən ilk qələbə, Qarabağ'dan darmadağın

Bu gün Misli Premyer Liqasında VII tura yekun vurulub. Corner.az xəbər verir ki, sonuncu oyun günündə iki qarşılaşma baş tutub.

Əvvəlcə “Kəpəz” Qəbələdə “Şamaxı”nı qəbul edib. Qonaqların hesabı açdığı bu oyunda Gəncə təmsilçisi əzmkar qələbə qazanıb. Bu, sözügedən komandanın cari mövsümdəki ilk qələbəsi olub. “Kəpəz” buna qədər bütün matçlarda məğlubiyyətlə üzləşmişdir.

Turun qapanış matçında isə “Zirə” doğma meydanda “Qarabağ”la üz-üzə gəlib. Bu oyunda da hesabı meydan sahibləri açsalarda, qalan dəqiqələrdə rəqib qapısından 7 qol keçirən Ağdam təmsilçisi əzmkar qələbəyə sevinib.

Xatırladaq ki, daha öncə “Neftçi” səfərdə “Səbail”ə (2:0), “Sabah” evdə “Turan Tovuz”a (3:1), “Qəbələ” isə “Sumqayıt”a (1:0) qalib gəlib.

Misli Premyer Liqası
VII tur
18 sentyabr

“Kəpəz” – “Şamaxı” 2:1
Qol: A.Ayzaya, 47. A.Şuaybu, 60 – N.Quliyev, 5.
Hakimlər: Nicat İsmayıllı, Müslüm Əliyev, Rəhman İmami, Rəvan Həmzəzadə.
Qəbələ şəhər stadionu, 18:00.

“Zirə” – “Qarabağ” 1:7
Qol: C.Diniyev, 34 – T.Bayramov, 44. M.Qurbanlı, 56; 60; 79; 85. K.Borges, 64. R.Şedyayev, 68.
Hakimlər: Rəşad Əhmədov, Eyyub İbrahimov, Vüsal Məmmədov, Əli Əliyev.
Zirə İdman Kompleksinin stadionu, 20:30.







Misli Premyer liqa

“Zirə” Ayxan Hüseynovu heyətinə qatıb
  • Misli Premyer liqa
  • 17:44 23.06.2026
“Zirə” Ayxan Hüseynovu heyətinə qatıb
"Kəpəz" Azər Məmmədovla razılığa gəldi
  • Misli Premyer liqa
  • 15:15 23.06.2026
"Kəpəz" Azər Məmmədovla razılığa gəldi
"Qarabağ" iki futbolçusu ilə vidalaşdı
  • Misli Premyer liqa
  • 15:26 22.06.2026
"Qarabağ" iki futbolçusu ilə vidalaşdı
"İmişli" Lətif Rzayevlə yollarını ayırdı
  • Misli Premyer liqa
  • 12:48 22.06.2026
"İmişli" Lətif Rzayevlə yollarını ayırdı
"Araz-Naxçıvan"dan növbəti transfer
  • Misli Premyer liqa
  • 11:39 22.06.2026
"Araz-Naxçıvan"dan növbəti transfer