24 iyun 2026. Çərşənbə

Antirekordun bir addımlığında


Antirekordun bir addımlığında
“Kəpəz”in uğursuz seriyaları qırılıb. Corner.az xəbər verir ki, Gəncə təmsilçisi mövsümdə ilk xallarını Misli Premyer Liqasının VII turunda qazanıb. Qəbələdə baş tutan ev oyununda Tərlan Əhmədovun yetirmələri “Şamaxı” üzərində 2:1 hesablı əzmkar qələbə əldə edib.
 
Bununla da “Kəpəz”in 8 oyundan ibarət məğlubiyyət seriyası qırılıb. Cari mövsümdə 6 matçda uduzan qərblilər 2017/18 mövsümünün son iki görüşündə də xalsız qalıb. Gəncə təmsilçisi son xalını 2018-ci il mayın 4-də “Sumqayıt”la görüşdə əldə edib – 1:1.
 
“Kəpəz” tarixinin ən uzun məğlubiyyət seriyasının bir addımlığında dayanıb. 2012/13 mövsümündə komanda ardıcıl 9 qarşılaşmadan xalsız ayrılıb.
 
Gəncəlilər qələbəsizliyə son qoyub. Sonuncu dəfə 2018-ci il martın 3-də öz meydanında “Səbail”i 2:1 hesabı ilə üstələyən qərblilər 16 matçlıq həsrətə 1660 gün sonra son qoyub. Bu müddətdə 4 heç-heçə və 12 məğlubiyyət qeydə alınıb.






Misli Premyer liqa

“Zirə” Ayxan Hüseynovu heyətinə qatıb
  • Misli Premyer liqa
  • 17:44 23.06.2026
“Zirə” Ayxan Hüseynovu heyətinə qatıb
"Kəpəz" Azər Məmmədovla razılığa gəldi
  • Misli Premyer liqa
  • 15:15 23.06.2026
"Kəpəz" Azər Məmmədovla razılığa gəldi
"Qarabağ" iki futbolçusu ilə vidalaşdı
  • Misli Premyer liqa
  • 15:26 22.06.2026
"Qarabağ" iki futbolçusu ilə vidalaşdı
"İmişli" Lətif Rzayevlə yollarını ayırdı
  • Misli Premyer liqa
  • 12:48 22.06.2026
"İmişli" Lətif Rzayevlə yollarını ayırdı
"Araz-Naxçıvan"dan növbəti transfer
  • Misli Premyer liqa
  • 11:39 22.06.2026
"Araz-Naxçıvan"dan növbəti transfer