29 iyul 2026. Çərşənbə

Qarabağ'ın 3 qol vurduğu qapıçı Fransa yığmasına çağırıldı


Qarabağ'ın 3 qol vurduğu qapıçı Fransa yığmasına çağırıldı
Fransa yığması UEFA Millətlər Liqasının oyunlarından əvvəl itki ilə üzləşib. Corner.az xəbər verir ki, İngiltərənin “Tottenhem” klubunun əsas qapıçısı Huqo Lyoris zədələnib.
 
Bu barədə Fransa Futbol Federasiyasının rəsmi saytı məlumat yayıb. Lyorisin əvəzində yığmaya "Nant" klubundan Alban Lafon çağırılıb.
 
Xatırladaq ki, Alban Lafon Avropa Liqasının qrup mərhələsinin 2-ci turunda “Nant”ın “Qarabağ”la Bakıdakı oyununda 3 cavabsız qol buraxmışdı.
 
Sentyabrın 22-də Avstriyanı qəbul edəcək Fransa yığması 3 gün sonra Danimarkanın qonağı olacaq.






Misli Premyer liqa

"Zirə" kot-d'ivuarlı hücumçunu transfer etdi
  • Misli Premyer liqa
  • 16:39 21.07.2026
"Zirə" kot-d'ivuarlı hücumçunu transfer etdi
"Şəfa" kanadalı vingeri transfer etdi
  • Misli Premyer liqa
  • 15:57 21.07.2026
"Şəfa" kanadalı vingeri transfer etdi