29 iyul 2026. Çərşənbə

Renat Dadaşov: Qələbə qazandığımız üçün çox şadam


Renat Dadaşov: Qələbə qazandığımız üçün çox şadam

"Qələbə qazandığımız üçün çox şadam".

Corner.az-ın məlumatına görə, bunu Azərbaycan yığmasının futbolçusu Renat Dadaşov UEFA Millətlər Liqasının qrup mərhələsinin V turunda səfərdə Slovakiyaya 2:1 hesabı ilə qalib gəldikləri oyundan sonra Heydər Əliyev Beynəlxalq Aeroportunda "CBC Sport"a açıqlamasında deyib.

Qarşılaşmada ilk qolun müəllifi olan 23 yaşlı hücumçu yaxşı oynadıqlarını bildirib: "Bütün matçlara qalibiyyət üçün çıxırıq. Qazaxıstanla görüşdə də yaxşı nəticə əldə etmək istəyirik. Hər kəsi bu oyuna baxmağa dəvət edirik".

Qeyd edək ki, sentyabrın 25-də "Dalğa Arena"da keçiriləcək Azərbaycan - Qazaxıstan görüşü saat 20:00-da başlayacaq.







Misli Premyer liqa

"Zirə" kot-d'ivuarlı hücumçunu transfer etdi
  • Misli Premyer liqa
  • 16:39 21.07.2026
"Zirə" kot-d'ivuarlı hücumçunu transfer etdi
"Şəfa" kanadalı vingeri transfer etdi
  • Misli Premyer liqa
  • 15:57 21.07.2026
"Şəfa" kanadalı vingeri transfer etdi