24 oktyabr 2024. Cümə axşamı

Azarkeşləri hakimləri söydü, Kəpəz'lə Qəbələ cərimə olundu


Azarkeşləri hakimləri söydü, Kəpəz'lə Qəbələ cərimə olundu
Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib. Corner.az xəbər verir ki, iclasda aşağıdakı qərarlar çıxarılıb:
 
Misli Premyer Liqasının VII turunun “Sabah” – “Turan Tovuz” matçının 36-cı dəqiqəsində “Turan Tovuz” klubunun 8 nömrəli futbolçusu Şakir Seyidov birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanır, klubu 1600 manat cərimə olunur (maddə 36.1).
 
Misli Premyer Liqasının VII turunun “Qəbələ” – “Sumqayıt” matçının 83-cü dəqiqəsində “Qəbələ” klubunun azarkeşləri tərəfindən baş hakim təhqir edildiyi üçün “Qəbələ” klubu 4000 manat cərimə olunur. (maddə 41.7). Bu oyunun 84-cü dəqiqəsində “Qəbələ” klubunun 7 nömrəli futbolçusu Rövlan Muradov birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 2 oyun cəzalanır, klubu 1600 manat cərimə olunur (maddə 36.1).
 
Misli Premyer Liqasının VII turunun “Səbail” – “Neftçi” oyununda oyundan sonra isti su təchizatının olmaması və hakimlər üçün isti suyun təmin olunmamasına görə “Səbail” klubu 800 manat cərimə olunur. (maddə 60).
 
Misli Premyer Liqasının VII turunun “Kəpəz” – “Şamaxı” matçının 34-cü dəqiqəsində “Kəpəz” klubunun azarkeşləri tərəfindən hakimlərin ünvanına qeyri-etik və təhqiramiz ifadələr işlədildiyi üçün “Kəpəz” klubu 4000 manat cərimə olunur. (maddə 41.7). Bu oyunun 2-ci hissəsində “Şamaxı” komandası meydana 3 dəqiqə gec daxil olduğu üçün “Şamaxı” klubu 800 manat cərimə olunur. (maddə 84). “Kəpəz” klubunun 8 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 800 manat cərimə olunur (maddə 39). “Şamaxı” klubunun 2 nömrəli futbolçusu Rauf Hüseynli oyundan sonra hakimin qərarına öz etirazını bildirməsinə görə ikinci sarı vərəqə ilə cəzalandırılaraq qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klubu 200 manat cərimə olunur (maddə 47.2).
 
AFFA Gənclər Liqasının “Kəpəz” – “Səbail” oyununda “Kəpəz” klubunun 37 nömrəli futbolçusu Sənan Kərimov oyunun 34-cü dəqiqəsində  qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanır (maddə 36.1).
 
AFFA Gənclər Liqasının “Zirə” – “Qarabağ” oyununda “Zirə” klubunun 4 nömrəli futbolçusu Azər Arzumanov oyunun 88-ci dəqiqəsində bir oyunda ikinci xəbərdarlıq aldığına görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 47.1).
 
AFFA U-15 Liqasının III turunun “Zaqatala” – “Azad” oyununda təcili yardım maşını və tibbi heyətin oyuna gəlməməsinə görə oyun baş tutmadığı üçün “Zaqatala” klubu avtomatik olaraq 0:3 hesabı ilə texniki məğlubiyyətə uğrayır. (maddə 30).
 
AFFA U-15 Liqasının III turunun İCBFA – “Sumqayıt” oyununda İCBFA klubunun baş məşqçisi Məhəbbət Rəhimov oyunun 65-ci dəqiqəsində baş hakimi təhqir etdiyinə görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 5 oyun cəzalanır (maddə 41.4).
 
AFFA U-17 Liqasının VII turunun ROFM – “Kəpəz” oyununda “Kəpəz” klubunun 8 nömrəli futbolçusu Cahangir Nəbiyev oyunun 67-ci bir oyunda ikinci xəbərdarlıq aldığına görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 47.1).
 
AFFA U-17 Liqasının VII turunun ROFM – “Kəpəz” oyununda ROFM klubunun həkiminin məcburi iştirakı ilə bağlı komanda xəbərdar edilir. Qeyd olunur ki, növbəti oyunlarda klubun həkimi olmadıqda kluba qarşı sərt cəza tədbirləri tətbiq olunacaq.
 
AFFA U-16 Liqasının III turunun “Neftçi” – “Qarabağ” oyununda “Qarabağ” klubunun 1 nömrəli futbolçusu İlkin İsgəndərli oyunun 88-ci dəqiqəsində bir oyunda ikinci xəbərdarlıq aldığına görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 47.2).
 
AFFA U-16 Liqasının III turunun “Neftçi” – “Qarabağ” oyununda “Qarabağ” klubunun baş məşqçi Asif Əlizadə oyundan sonra hakimlər otağına gəldiyinə görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanır (maddə 67.2).

XƏBƏRİ PAYLAŞ







Misli Premyer liqa

“Qarabağ”dan yeni rekord
  • Misli Premyer liqa
  • 12:49 19.10.2024
“Qarabağ”dan yeni rekord
Futbol üzrə I Liqada 5-ci tura start verilib
  • Misli Premyer liqa
  • 19:50 16.10.2024
Futbol üzrə I Liqada 5-ci tura start verilib
Samir Abasov "Sumqayıt"dan ayrıldı - RƏSMİ
  • Misli Premyer liqa
  • 10:58 14.10.2024
Samir Abasov "Sumqayıt"dan ayrıldı - RƏSMİ
Mesut Özil "Zirə"nin qonağı olub
  • Misli Premyer liqa
  • 16:35 12.10.2024
Mesut Özil "Zirə"nin qonağı olub
"Turan Tovuz"un yeni bazası tikilir
  • Misli Premyer liqa
  • 13:26 12.10.2024
"Turan Tovuz"un yeni bazası tikilir