6 dekabr 2025. Şənbə

Qarabağ'la oyuna hazırıq


Qarabağ'la oyuna hazırıq

"Hamı matça hazırdır".

Corner.az-ın məlumatına görə, bunu "Neftçi"nin baş məşqçisi Laurentsiu Regekampf Azərbaycan Premyer Liqasının VIII turunda "Qarabağ"a qarşı keçirəcəkləri oyun barədə klubun rəsmi televiziyasına açıqlamasında deyib.

47 yaşlı mütəxəssis qarşılaşma barədə inamlı olduğunu bildirib: "Xüsusi hazırlıq keçməyi lazım bilmirəm. Motivasiya oyunun daxilindədir. Çox vacib görüş olacaq".

Rumıniyalı çalışdırıcı çempionatdakı fasilə müddətində bütün futbolçularla birlikdə məşq edə bilmədiklərinə toxunub: "Vato Arveladze hələlik tam hazır deyil. Gürcüstan millisinin düşərgəsində olan Solomon Kvirkveliya indi Bakıya çatıb. Eddi İsrafilov və Emin Mahmudov isə bu gün hazırlıq prosesinə qoşulub. Fasilə müddətində bəzi çatışmazlıqları aradan qaldırmağa çalışdıq".

Regekampf yığmalardan qayıdan oyunçularla bağlı problem yaşamayacağı sözlərini də əlavə edib: "Bu cür hallar bütün komandalarda olur. Amma fasilədən sonra ilk oyunun “Qarabağ”a qarşı olması yaxşıdır. Çünki hər iki komanda motivasiyalıdır və qələbə qazanmaq istəyir. Düşünürəm ki, futbolçular matçın mahiyyətini dərk edib, yaxşı çıxış edəcəklər".

Baş məşqçi son olaraq adının Rumıniya millisi ilə hallanmasına münasibət bildirib: "Hazırkı məqam getməyimə imkan vermir. "Neftçi" ilə müqaviləm var. Burada özümü xoşbəxt hiss edirəm. Rumıniya yığmasının çox yaxşı baş məşqçisi var. Bu posta digər namizədlər də güclü mütəxəssislərdir".

Qeyd edək ki, oktyabrın 1-də keçiriləcək "Qarabağ" - "Neftçi" matçı saat 18:00-da başlaycaq.







Misli Premyer liqa

Məhsuldarlıq antirekordu
  • Misli Premyer liqa
  • 10:57 05.12.2025
Məhsuldarlıq antirekordu