19 mart 2026. Cümə axşamı

Oyunun sonunda qol buraxmaq üzücüdür


Oyunun sonunda qol buraxmaq üzücüdür
"Səbail”in baş məşqçisi Mahmud Qurbanov Premyer Liqanın 8-ci turu çərçivəsində “Qəbələ”yə qarşı keçirdikləri oyunu şərh edib. Corner.az xəbər verir ki, o, 1:2 hesabıyla uduzduqları matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:
 
“Oyuna yaxşı başlamışdıq. Epizodlarda rəqibdən üstün idik. Qələbə qazanmaq istəyirdik. Buna ehtiyacımız var. Lakin ilk hissənin sonuna yaxın aldığımız qırmızı vərəqə bizi çətin vəziyyətə saldı. Komanda azlıqda olmasına baxmayaraq, qol vurmağa çalışırdı. Oyundan düşmədik. Bir nəfər azlıqda olmağımız hiss edilmirdi. Hesabda geridə olmağımıza baxmayaraq, mübarizə aparıb bərabərlik qolunu vura bildik. Bundan sonra qələbə qolu üçün də imkanlarımız oldu. Təəssüflər olsun ki, oyunçuların qərar verməsi düzgün olmadı. Hardasa çatışmayan nələrsə oldu. Oyunun sonunda qol buraxmaq üzücüdür. Bunu heç kim istəməzdi. Amma komandamız azlıqda olmasına baxmayaraq, yaxşı mübarizə apardı. Qələbə qazanmaq, qol vurmaq istəyirdik. Ancaq rəqib təcrübəli idi və imkanlardan maksimum istifadə etdi. Komanda şəklində oyunçulardan razıyıq”.






Misli Premyer liqa

Premyer Liqada 300-cü, tarixdə 400-cü
  • Misli Premyer liqa
  • 11:44 16.03.2026
Premyer Liqada 300-cü, tarixdə 400-cü
“Neftçi”nin 150-ci penaltisi
  • Misli Premyer liqa
  • 11:00 16.03.2026
“Neftçi”nin 150-ci penaltisi
Musa “100”ə çatdı
  • Misli Premyer liqa
  • 10:44 16.03.2026
Musa “100”ə çatdı
Tarixdə 9-cu
  • Misli Premyer liqa
  • 10:22 16.03.2026
Tarixdə 9-cu
Qərb derbisində qalib müəyyənləşmədi
  • Misli Premyer liqa
  • 16:57 15.03.2026
Qərb derbisində qalib müəyyənləşmədi
“Sabah” “İmişli”ni darmadağın etdi
  • Misli Premyer liqa
  • 18:12 14.03.2026
“Sabah” “İmişli”ni darmadağın etdi