11 aprel 2026. Şənbə

Bu şəhərə, kluba xüsusi sevgim var


Bu şəhərə, kluba xüsusi sevgim var
"Zirə”nin baş məşqçisi Rəşad Sadıqov Premyer Liqanın 8-ci turu çərçivəsində “Turan Tovuz”a qarşı keçirdikləri oyunu şərh edib. Corner.az xəbər verir ki, o, 3:1 hesabıyla qalib gəldikləri matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:
 
“İlk növbədə “Turan Tovuz” azarkeşlərini salamlayıram. Onların qarşısında çıxış etmək üçün çox darıxmışdım. Bu şəhərə, kluba xüsusi sevgim var. Qazandıqlarımın çoxunu onlara borcluyam. İlk addımları burada atmışam və komanda, azarkeşlər mənə böyük dəstək olub. Onların qarşısında çıxış etmək həyəcanlı idi.
 
Oyuna gəldikdə, vacib qələbə qazandıq. Son oyunda gözlənilməz və ağır məğlubiyyət almışdıq. Bugünkü qələbə bizim üçün çox önəmli idi. Oyundan sonrakı zaman ərzində futbolçularım məşqlərdə çox istəkli oldular. "Qarabağ"a məğlubiyyəti unudub irəli baxırdılar. Bunun da bəhrəsini oyunda gördük. Ağır oyun alındı. Ayxan Abbasov çox təcrübəli məşqçidir, çox güclü və möhkəm kollektiv formalaşdırıb. Hava şəraiti də çox ağır idi. Erkən saatlarda, süni örtüklü meydanda oynayırdıq.
 
Oyun istədiyimiz kimi başlamışdı. Amma rəqibin qolundan sonra hesabda geri düşdük. Buna baxmayaraq futbolçularımız düzgün reaksiya verdilər, dərhal hücuma atılıb, qollarımızı vurduq. Çox vacib qələbə oldu. Futbolçularımı, rəhbərliyi, azarkeşləri təbrik edirəm. Yol uzaq olsa da, bizi dəstəkləmək üçün çox azarkeş gəlmişdi. Onlara ayrıca təşəkkür edirəm”






Misli Premyer liqa

"Kəpəz" autsayderlə bacarmadı
  • Misli Premyer liqa
  • 17:38 10.04.2026
"Kəpəz" autsayderlə bacarmadı
AFFA “Turan Tovuz”u ağır cərimələyib
  • Misli Premyer liqa
  • 14:36 09.04.2026
AFFA “Turan Tovuz”u ağır cərimələyib
Son 4 mövsümün ən böyük hesabı
  • Misli Premyer liqa
  • 11:40 08.04.2026
Son 4 mövsümün ən böyük hesabı
XXI əsrin ən məhsuldar seriyası
  • Misli Premyer liqa
  • 11:13 08.04.2026
XXI əsrin ən məhsuldar seriyası
Amerikalıların 10-cu het-triki  - 35-ci legioner
  • Misli Premyer liqa
  • 11:04 08.04.2026
Amerikalıların 10-cu het-triki - 35-ci legioner
Felipedən 25-ci qol
  • Misli Premyer liqa
  • 10:57 08.04.2026
Felipedən 25-ci qol