24 iyun 2026. Çərşənbə

Rəqib müdafiəsini yara bilmədik


Rəqib müdafiəsini yara bilmədik
"Turan Tovuz”un baş məşqçisi Ayxan Abbasov Premyer Liqanın 8-ci turu çərçivəsində “Zirə”yə qarşı keçirdikləri oyunu şərh edib. Corner.az xəbər verir ki, o, 1:3 hesabı ilə uduzduqları oyundan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:
 
“Azarkeşlərimizə təşəkkür edirəm. Məğlub olmağımıza baxmayaraq, bizi sona qədər dəstəklədilər. Çünki buna ehtiyacımız var. Xal qazana bilərdik. İlk qolu da biz vurduq. Təəsssüf ki, iki səhv futbolçulara psixoloji tərəfdən təsir etdi. İkinci yarının ilk dəqiqələrində qol buraxmağımız bütün planlarımızı pozdu. Sistemdə də dəyişiklik etdik, hücumameyilli futbolçuları meydana buraxdıq, şanslar axtardıq. Amma təəssüf ki, rəqibin müdafiəsini yara bilmədik. Belə məğlubiyyətlər olacaq. Yeni komandayıq, inanıram ki, oyundan-oyuna artıracağıq. Çünki oturuşmuş heyətə malik komandalara qarşı mübarizə aparmaq çətindir. Amma inkişaf etmək istəyiriksə, bu cür oyunlardan keçməliyik. Qarşıdakı oyunlara hazırlaşacağıq. Çünki çətin qrafikimiz var. Beş oyun oynayacağıq, ikisi səfərdədir, biri evdə. Çalışacağıq ki, həmin oyunlarda xal qazanaq”.






Misli Premyer liqa

“Zirə” Ayxan Hüseynovu heyətinə qatıb
  • Misli Premyer liqa
  • 17:44 23.06.2026
“Zirə” Ayxan Hüseynovu heyətinə qatıb
"Kəpəz" Azər Məmmədovla razılığa gəldi
  • Misli Premyer liqa
  • 15:15 23.06.2026
"Kəpəz" Azər Məmmədovla razılığa gəldi
"Qarabağ" iki futbolçusu ilə vidalaşdı
  • Misli Premyer liqa
  • 15:26 22.06.2026
"Qarabağ" iki futbolçusu ilə vidalaşdı
"İmişli" Lətif Rzayevlə yollarını ayırdı
  • Misli Premyer liqa
  • 12:48 22.06.2026
"İmişli" Lətif Rzayevlə yollarını ayırdı
"Araz-Naxçıvan"dan növbəti transfer
  • Misli Premyer liqa
  • 11:39 22.06.2026
"Araz-Naxçıvan"dan növbəti transfer