24 oktyabr 2024. Cümə axşamı

Qarabağ'a qarşı növbəti oyunda daha güclü olacağıq


Qarabağ'a qarşı növbəti oyunda daha güclü olacağıq

"Neftçi”nin baş məşqçisi Laurentsiu Regekampf Premyer Liqanın 8-ci turu çərçivəsində “Qarabağ”a qarşı keçirdikləri oyunu şərh edib.

Corner.az xəbər verir ki, o, 1:3 hesabıyla məğlub olduqları oyundan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:

– Bizim üçün bir az üzücü oldu. İlk hissə yaxşı keçdi. Qol vurduq, hesabı artırmaq üçün 2-3 real şansımız da var idi. Lakin bunlardan yararlana bilmədik və “Qarabağ” önə keçdi.

Futbolçularım dərk etməlidir ki, futbol 90 dəqiqə oynanılır. İkinci hissədə çox səhvlər etdik. “Qarabağ”la ilk oyunumuz idi və məğlub olduq. Növbəti oyunda daha güclü olacağıq.

– İki əsas rəqibinizə – “Sabah” və “Qarabağ”a məğlub olduz. Bu rəqiblərlə oyunların ilk hissələrinə yaxşı başlasaz da, sonda xalsız qaldınız…

– Məncə, fərqli oyunlardır. “Sabah”la oyunda qapımıza üç penalti təyin olundu. Bu gün isə eyni ssenari baş vermədi. Məncə, yaxşı oynadıq. Lakin hücumdan müdafiəyə tez qoşulmalıyıq. Keçidlərdən yaxşı istifadə edə bilmirdik. “Qarabağ” bunlardan istifadə etdi.

Regekampf Salomon Kverkveliyanın start heyətdə meydana çıxmamasının səbəbini açıqlayıb: "O, Gürcüstan millisinin düşərgəsindən yeni gəlmişdi. Çempionatdakı fasilədə Mamadu Mboc üzərində çox yaxşı çalışdı. Həftə ərzindəki məşqlərə əsasən belə qərar verdim".

Mütəxəssis hücumdan müdafiəyə tez qayıtmadıqlarını sözlərinə əlavə edib: "Keçidlərdən yaxşı istifadə edə bilmirik. Buna görə də qapımız qarşısında çoxlu qol epizodları yarandı. Oyunçular və komandam haqqında danışmaq istəmirəm. Bir yerdə çalışırıq. Hər kəs ən yaxşısını etməyə çalışır. Bütün futbolçularımıza inanırıq. Özümüzü kimləsə müqayisə etmək istəmirik".







Misli Premyer liqa

“Qarabağ”dan yeni rekord
  • Misli Premyer liqa
  • 12:49 19.10.2024
“Qarabağ”dan yeni rekord
Futbol üzrə I Liqada 5-ci tura start verilib
  • Misli Premyer liqa
  • 19:50 16.10.2024
Futbol üzrə I Liqada 5-ci tura start verilib
Samir Abasov "Sumqayıt"dan ayrıldı - RƏSMİ
  • Misli Premyer liqa
  • 10:58 14.10.2024
Samir Abasov "Sumqayıt"dan ayrıldı - RƏSMİ
Mesut Özil "Zirə"nin qonağı olub
  • Misli Premyer liqa
  • 16:35 12.10.2024
Mesut Özil "Zirə"nin qonağı olub
"Turan Tovuz"un yeni bazası tikilir
  • Misli Premyer liqa
  • 13:26 12.10.2024
"Turan Tovuz"un yeni bazası tikilir