24 iyun 2026. Çərşənbə

İstənilən oyuna bu istəklə çıxırıq - Kadi Borqes


İstənilən oyuna bu istəklə çıxırıq - Kadi Borqes

"İstənilən oyuna bu istəklə çıxırıq. "Neftçi"yə qarşı oynadığımızı nəzərə alsaq, matçın bu cür olacağını gözləyirdik".

Corner.az-ın məlumatına görə, bunu "Qarabağ"ın futbolçusu Kadi Borges evdə "Neftçi"yə 3:1 hesabı ilə qalib gəldikləri Azərbaycan Premyer Liqasının VIII tur oyunundan sonra jurnalistlərə açıqlamasında deyib.

26 yaşlı hücumameylli yarmmüdafiəçi birinci hissədə çatışmayan tək şeyin əldə etdikləri qol fürsətlərindən yararlana bilməməkləri olduğunu bildirib: "Fasilədə baş məşqçi bizə təmkinli olmağımızı, topun qapıdan keçəcəyimizi dedi. Elə də oldu. İkinci hissədə də fürsətlər əldə etdik. Və bu dəfə onlardan istifadə edə bildik.

Braziliyalı futbolçu vurduğu qolu övladına həsr edərkən hisslərini ifadə etməkdə çətinlik çəkdiyini vurğulayıb: "Övladım bir ay öncə dünyaya gəlib. İlk dəfə idi mənim oyunumu izləməyə gəlmişdi. Ümid edirəm ki, qarşıdakı matçlarda da ona çoxlu qol həsr edəcəyəm".

O, Yunanıstanda "Olimpiakos"a qarşı keçirəcəkləri UEFA Avropa Liqasının IIII tur qarşılaşmasına da toxunub: "Avropa turnirlərində səviyyə hər kəsə bəllidir. Yunanıstan təmsilçisi ilə oyun çətin olacaq. Əsas olan tezliklə həmin matça hazır olmağımızdır".







Misli Premyer liqa

“Zirə” Ayxan Hüseynovu heyətinə qatıb
  • Misli Premyer liqa
  • 17:44 23.06.2026
“Zirə” Ayxan Hüseynovu heyətinə qatıb
"Kəpəz" Azər Məmmədovla razılığa gəldi
  • Misli Premyer liqa
  • 15:15 23.06.2026
"Kəpəz" Azər Məmmədovla razılığa gəldi
"Qarabağ" iki futbolçusu ilə vidalaşdı
  • Misli Premyer liqa
  • 15:26 22.06.2026
"Qarabağ" iki futbolçusu ilə vidalaşdı
"İmişli" Lətif Rzayevlə yollarını ayırdı
  • Misli Premyer liqa
  • 12:48 22.06.2026
"İmişli" Lətif Rzayevlə yollarını ayırdı
"Araz-Naxçıvan"dan növbəti transfer
  • Misli Premyer liqa
  • 11:39 22.06.2026
"Araz-Naxçıvan"dan növbəti transfer