28 iyul 2026. Çərşənbə axşamı

Sumqayıtda da qələbə qazanmaq istəyirik


Sumqayıtda da qələbə qazanmaq istəyirik
"Kəpəz”in futbolçusu Elçin Əlicanov bu gün Premyer Liqanın 8-ci turu çərçivəsində “Sumqayıt”a qarşı keçirəcəkləri oyundan öncə fikirlərini bölüşüb. Corner.az xəbər verir ki, o, klubun mətbuat xidmətinə açıqlamasında bunları söyləyib:
 
“Milli komandaların oyunları səbəbindən çempionatda yaranan fasiləyə görə matça hazırlaşmaq üçün daha çox vaxtımız olub. Ötən tur “Şamaxı” ilə görüşdə qazandığımız qələbə bizə motivasiya verib. Hazırlıq proseslərində məşqçilərin verdiyi tapşırıqları tam şəkildə yerinə yetirməyə çalışmışıq. Bizi Sumqayıtda çətin oyun gözləyir. İnşallah, orada da qələbə qazanmaq istəyirik. Əhval-ruhiyyəmiz yaxşıdır. Bunun oyunumuza təsiri olacaq. Son oyunlarda əsas heyətdə çıxış edirəm. Etimad göstərdiyi üçün baş məşqçimizə minnətdaram. Çalışıram ki, mənə bəslənən inamı tam doğruldam. Əlimdən nə gəlirsə, onun maksimumunu etməyə çalışıram. Oyunumla üzərimə düşəni edib, komandaya kömək etməyə səy göstərirəm”.






Misli Premyer liqa

"Zirə" kot-d'ivuarlı hücumçunu transfer etdi
  • Misli Premyer liqa
  • 16:39 21.07.2026
"Zirə" kot-d'ivuarlı hücumçunu transfer etdi
"Şəfa" kanadalı vingeri transfer etdi
  • Misli Premyer liqa
  • 15:57 21.07.2026
"Şəfa" kanadalı vingeri transfer etdi