28 iyul 2026. Çərşənbə axşamı

Önəmli qələbə qazansaq da, narazı qaldım


Önəmli qələbə qazansaq da, narazı qaldım
"Sabah”ın baş məşqçisi Murad Musayev Premyer Liqanın 8-ci turu çərçivəsində “Şamaxı”ya qarşı keçirdikləri oyunu şərh edib. Corner.az xəbər verir ki, o, 1:0 hesabıyla qalib gəldikləri matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:
 
“Son dəqiqələrdə qol vuraraq qələbə qazandıq. Belə nəticələr psixoloji cəhətdən önəmlidir. Rəqib meydanın hər qarışında mübarizə apardı. Belə qarşılaşmalara başqa cür köklənmək lazımdır. İkili mübarizələrdə uduzurduq. Əks-hücumlara sürətli keçə bilmirdik. Bunlara görə narazı qaldım".
 
Rusiyalı baş məşqçi ilk dəfə Şamaxıya səfər etdiyini söyləyib: "Qələbə qazandığımız üçün emosiyalar müsbətdir. Meydanda təbii ot örtüyü olsaydı, daha yaxşı olardı. Tribunalarda da çoxlu azarkeş var idi. Bu, yaxşı haldır”.
 
Mütəxəssis son olaraq Namik Ələskərovun zədəsi barədə danışıb: “O, hazırda özünü yaxşı hiss edir. Yaxın günlərdə komanda ilə məşqlərə qoşulacaq".






Misli Premyer liqa

"Zirə" kot-d'ivuarlı hücumçunu transfer etdi
  • Misli Premyer liqa
  • 16:39 21.07.2026
"Zirə" kot-d'ivuarlı hücumçunu transfer etdi
"Şəfa" kanadalı vingeri transfer etdi
  • Misli Premyer liqa
  • 15:57 21.07.2026
"Şəfa" kanadalı vingeri transfer etdi