9 avqust 2026. Bazar günü

Sabah'dan Şamaxı'da vacib qələbə, Sumqayıtdan heç-heçə


Sabah'dan Şamaxı'da vacib qələbə, Sumqayıtdan heç-heçə

Misli Premyer Liqasında VIII tura yekun vurulub. Corner.az xəbər verir ki, sonuncu oyun günündə daha 2 qarşılaşma baş tutub.

Əvvəlcə “Şamaxı” doğma meydanda “Sabah”la üz-üzə gəlib. Bu görüşdə qonaqlar son dəqiqə qolu ilə vacib qələbə qazanıb.

Turun son qarşılaşması isə “Sumqayıt” doğma meydanda “Kəpəz”lə münasibətilərinə aydınlıq gətirib. Sumqayıtlılar köhnə-yeni baş məşqçi Samir Abasovun rəhbərliyi altında ilk matça çıxıblar. Bu qarşılaşmada isə qapılara qol vurulmayıb. Halbuki, Gəncə təmsilçisi ilk yarının sonlarında penalti də qazansa da komanda bu şansdan yararlana bilməyib.

Xatırladaq ki, bu turun digər matçlarında “Qəbələ” səfərdə “Səbail”ə (2:1), “Zirə” “Turan Tovuz”a (3:1) qalib gəlibsə, “Qarabağ” da əzəli rəqibi “Neftçi”ni 3:1 hesabıyla yenib.

Misli Premyer Liqası
VIII tur
2 oktyabr

“Şamaxı” – “Sabah” 0:1
Qol: A.Ba, 90+1.
Hakimlər: Tural Qurbanov, Elşad Abdullayev, Vüsal Məmmədov, Emin Əliyev.
Şamaxı şəhər stadionu, 15:30.

“Sumqayıt” – “Kəpəz” 0:0
Matçın 45-ci dəqiqəsində G.Kantariya penaltidən yararlana bilməyib (qapıçı).
Hakimlər: Kamal Umudlu, Pərvin Talıbov, Müslüm Əliyev, Əli Əliyev
Hakim-inspektor: Gülağa Cabarov.
“Sumqayıt Arena”, 18:00.







Misli Premyer liqa

"Zirə" Namik Ələskərovla yollarını ayırdı
  • Misli Premyer liqa
  • 16:52 07.08.2026
"Zirə" Namik Ələskərovla yollarını ayırdı
Rahid Əmirquliyev yenidən "Səbail"də
  • Misli Premyer liqa
  • 15:52 03.08.2026
Rahid Əmirquliyev yenidən "Səbail"də
"Sabah" nigeriyalı vingeri transfer etdi
  • Misli Premyer liqa
  • 23:19 01.08.2026
"Sabah" nigeriyalı vingeri transfer etdi
"Kəpəz" növbəti transferini reallaşdırdı
  • Misli Premyer liqa
  • 10:58 30.07.2026
"Kəpəz" növbəti transferini reallaşdırdı