28 iyul 2026. Çərşənbə axşamı

Tarixdə 8-ci, Qarabağ'dan 2-ci


Tarixdə 8-ci, Qarabağ'dan 2-ci
“Qarabağ” Misli Premyer Liqasının 2022/23 mövsümünün startında ardıcıl 7-ci qələbəsini qazanıb. Corner.az xəbər verir ki, VIII turda “Neftçi” ilə görüşən Qurban Qurbanovun yetirmələri xal itkisi ilə üzləşməyən yeganə komandadır.
 
Bu, ölkə çempionatları tarixində 8-ci belə seriyadır. Cari mövsümədək 7 dəfə bir klub ilk yeddi qarşılaşmada xal itirməyib. “Qarabağ” ikinci dəfə bunu bacarıb. Ağdamlılar 2019/20 mövsümünə də belə başlayıb.
 
Tarixdə yalnız 4 komanda belə starta imza atıb. “Qarabağ”dan başqa, “Neftçi” dörd (1992, 1994/95, 1996/97, 2000/01), “Şəfa” (2003/04) və “Xəzər Lənkəran” (2007/08) hərəyə bir dəfə ilk yeddi görüşdə qalib gəlib.
 
Qeyd edək ki, “Qarabağ” “Neftçi” üzərində 3:1 hesablı qələbə qazanıb.






Misli Premyer liqa

"Zirə" kot-d'ivuarlı hücumçunu transfer etdi
  • Misli Premyer liqa
  • 16:39 21.07.2026
"Zirə" kot-d'ivuarlı hücumçunu transfer etdi
"Şəfa" kanadalı vingeri transfer etdi
  • Misli Premyer liqa
  • 15:57 21.07.2026
"Şəfa" kanadalı vingeri transfer etdi