28 iyul 2026. Çərşənbə axşamı

Avropada xal itirməyən 9 komandadan biri - Qarabağ


Avropada xal itirməyən 9 komandadan biri - Qarabağ
Cari mövsümdə Avropa ölkələrinin yüksək liqalarında keçirdikləri bütün matçlarda qələbə qazanan komandaların yeni siyahısı açıqlanıb. Corner.az xəbər verir ki, 9 klubun olduğu siyahıda Azərbaycan çempionu “Qarabağ” da yer alıb.
 
Ağdam klubu Azərbaycan Premyer Liqasındakı ilk 7 qarşılaşmanın hamısında meydanı 3 xalla tərk edib. Ölkə çempionunun 3-cü turda "Turan Tovuz"la görüşü isə noyabrın 9-na təxirə salınıb.
 
Lüksemburqda "Düdelanj" (7), Yunanıstanda "Panatinaikos" (6), Maltada "Birkirkara" və "Hamrun" (hər ikisi 5), Ukraynada "Dnepr-1" (4), San Marinoda "Pennarossa" (3), "Tre Penne" və "Fiorita" (hər ikisi 4) çempionatdakı bütün matçlarını qələbə ilə başa vurub.
 
Geridə qoyduğumuz həftədə İspaniyada “Real”, Portuqaliyada "Benfika", Belçikada "Antverpen", Macarıstanda "Ferentsvaroş" kimi komandalar xal itirərək bu siyahını tərk etmək məcburiyyətində qalıb.






Misli Premyer liqa

"Zirə" kot-d'ivuarlı hücumçunu transfer etdi
  • Misli Premyer liqa
  • 16:39 21.07.2026
"Zirə" kot-d'ivuarlı hücumçunu transfer etdi
"Şəfa" kanadalı vingeri transfer etdi
  • Misli Premyer liqa
  • 15:57 21.07.2026
"Şəfa" kanadalı vingeri transfer etdi