9 avqust 2026. Bazar günü

Rəqibə qol imkanı vermədik - Mahmud Qurbanov


Rəqibə qol imkanı vermədik - Mahmud Qurbanov
"Səbail”in baş məşqçisi Mahmud Qurbanov Premyer Liqanın 9-cu turu çərçivəsində “Sumqayıt”a qarşı keçirdikləri oyunu şərh edib. Corner.az xəbər verir ki, o, 1:0 hesabıyla qalib gəldikləri matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyiib:
 
“Gərgin oyun keçdi. Bu qələbə bizim üçün vacib idi. Rəqibə də həmçinin. Matça pis başlamadıq. İlk hissədə bərabər səviyyəli oyun izlədik. Hesabı açan tərəf komandamız oldu. Yaxşı hücumlarımız var idi. Məcburi oyunçu dəyişikliyi etməli olduq. Ruslanı meydana buraxaraq hücumda xəttimizdə dəyişiklik etdik. İkinci hissədə top daha çox rəqibdə olmasına baxmayaraq, müdafiədə səhvə yol vermədik. Rəqibə qol imkanı tanımadıq. Komanda yaxşı oyun nümayiş etdirdi. İkinci hissədə hesab arasındakı fərqi artırmaq üçün qol imkanlarımız oldu. Təəssüf ki, rəqibin qapıçısı yaxşı oyun göstərdi. Bu qələbə bizə lazım idi. Oyunçular bunun üçün əllərindən gələni etdilər. Komandadan razı qaldıq. Nəticə olanda təbii ki, komandada əhvali-ruhiyyə də yaxşı olur”.






Misli Premyer liqa

"Zirə" Namik Ələskərovla yollarını ayırdı
  • Misli Premyer liqa
  • 16:52 07.08.2026
"Zirə" Namik Ələskərovla yollarını ayırdı
Rahid Əmirquliyev yenidən "Səbail"də
  • Misli Premyer liqa
  • 15:52 03.08.2026
Rahid Əmirquliyev yenidən "Səbail"də
"Sabah" nigeriyalı vingeri transfer etdi
  • Misli Premyer liqa
  • 23:19 01.08.2026
"Sabah" nigeriyalı vingeri transfer etdi
"Kəpəz" növbəti transferini reallaşdırdı
  • Misli Premyer liqa
  • 10:58 30.07.2026
"Kəpəz" növbəti transferini reallaşdırdı