28 iyul 2026. Çərşənbə axşamı

Səbail'dən qələbə, Neftçi xal itirdi


Səbail'dən qələbə, Neftçi xal itirdi

Misli Premyer Liqasında bu gün IX turun daha iki oyunu keçirilib. Corner.az xəbər verir ki, qarşılaşmalar paytaxtda baş tutub.

İlk matçda "Səbail" doğma meydanda "Sumqayıt"ı qəbul edib. Bu oyunda meydan sahibləri minimal hesabla qələbə qazanıb.

İkinci görüşdə isə çempionluğa iddialı "Neftçi" doğma meydanda "Turan Tovuz"u qəbul edib. Tərəflərin bütün cəhdlərinə baxmayaraq, bu qarşılaşmadan qolsuz heç-heçə ilə ayrılıblar. 

Xatırladaq ki, IX turun açılış matçında "Zirə" evdə "Şamaxı"nı 1:0 hesabı ilə məğlub edib. Tura oktyabrın 9-da keçiriləcək "Sabah" - "Kəpəz" və "Qəbələ" - "Qarabağ" oyunları ilə yekun vurulacaq.

Misli Premyer Liqası
IX tur
8 oktyabr

“Səbail” – “Sumqayıt” 1:0
Qol: T.Manafov, 39.
Hakimlər: Rəvan Həmzəzadə, Akif Əmirəli, Cəmil Quliyev, Kamran Əliyev
Bakı. “ASCO Arena”.

“Neftçi” – “Turan Tovuz” 0:0
Hakimlər: İnqilab Məmmədov, Pərvin Talıbov, Rəhman İmami, Səbuhi Bayramov
Bakı. “Bakcell Arena”.







Misli Premyer liqa

"Zirə" kot-d'ivuarlı hücumçunu transfer etdi
  • Misli Premyer liqa
  • 16:39 21.07.2026
"Zirə" kot-d'ivuarlı hücumçunu transfer etdi
"Şəfa" kanadalı vingeri transfer etdi
  • Misli Premyer liqa
  • 15:57 21.07.2026
"Şəfa" kanadalı vingeri transfer etdi
"Monpelye"nin yetirməsi "Turan Tovuz"da
  • Misli Premyer liqa
  • 11:47 21.07.2026
"Monpelye"nin yetirməsi "Turan Tovuz"da