24 oktyabr 2024. Cümə axşamı

Çempionluğu bizdən başqa da istəyənlər var


Çempionluğu bizdən başqa da istəyənlər var
"Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Premyer Liqanın 9-cu turu çərçivəsində “Qəbələ”yə qarşı keçirdikləri oyunu şərh edib. Corner.az xəbər verir ki, o, 1:0 hesabıyla qalib gəldikləri oyundan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:
 
“Son vaxtlar qazandığımız ən vacib qələbələrdən biri idi. Komandada bir az narahatlıq hiss olunurdu. Futbolçular Yunanıstan səfərindən sonra tam özlərinə gəlməmişdilər. Çox əziyyət çəkdilər. Bəzən istədiklərin alınmayanda gərginlik olur. Yaxşı komandaya qalib gəldik. Azlıqda qalsalar da, sona kimi mübarizə apardılar. “Qəbələ”yə uğurlar arzulayıram".
 
O, ilk hissədə zədələnən Leandro Andradenin durumuna da toxunub: "Böyük ehtimalla əzələ zədəsidir. Sabah dəqiq məlumat olacaq".
 
Qurbanov rəqib müdafiəçi İlkin Qırtımovun qırmızı vərəqə aldığı epizodda baş hakimə heç nə demədiyini söyləyib: "Sadəcə, epizoda baxmaq istəyirdim. Daha hakimlərin işinə qarışmayacağam. Referi dedi ki, baxmaq olmaz. Ona görə kənara çəkildim”.
 
Təcrübəli mütəxəssis uzunmüddətli zədədən sonra meydana qayıdan Kevin Medina ilə Maksim Medvedevin yaxşı çıxış etdiklərini vurğulayıb: "Amma oyun ritmində çatışmazlıq hiss olunurdu. Uzun fasilədən sonra oynamaq çətindir. Amma sona kimi meydanda oyunu idarə edə bildilər. Bu, çox vacib idi. Rəqib azlıqda qalandan sonra daha rahat oldu. Bir neçə günümüz var. Hazırlıq səviyyələrinə görə qərar verəcəyik".
 
Baş məşqçi Avropa Liqasının qrup mərhələsinin 4-cü turu çərçivəsində Yunanıstan "Olimpiakos"una qarşı Bakıda keçirəcəkləri oyunla ilə bağlı xüsusi planlarının olmadığını qeyd edib: "Sabahdan hazırlığa başlayacağıq. Oyunumuzu analiz edib, gedişata uyğun addım atmağa çalışacağıq. İstər-istəməz gərginlik var. Gözləntilər və istək çoxdur. Hazırlıqda problem olmayacaq. Sabahdan vaxtımız olacaq ki, futbolçuları optimal formaya qaytaraq. Oyunun gedişatında hansısa detallar əlavə oluna bilər. Öz oyunumuzu daha da yaxşılaşdırmağın üzərində işləməliyik".
 
Qurbanov Qara Qarayev və Maksim Medvedevin Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi ilə bağlı səsləndirdiyi fikirlərə də münasibət bildirib: "Hər ikisi həm də millinin futbolçusudur. Burada qəribə bir şey görmürəm. Yığma haqqında fikir bildirmirəm. Öz aralarında olan müzakirədir. Hərə bir formada fikrini çatdırır. Dünya praktikasında olan şeylərdir. Belə hallar baş verir. Nə olur, onu deyə bilmərəm, fikir bildirmək düşüncəm yoxdur".
 
O, sonda "Qarabağ"a inanan insanlara təşəkkür edib: "Çalışırıq, işimizi görək, üzərimizə düşən vəzifəni yerinə yetirək. Qarşıda çox oyun var. Çempion olmaq istəyirik. Amma bunu bizdən başqa istəyənlər də var. İndidən nəsə demək olmaz".






Misli Premyer liqa

“Qarabağ”dan yeni rekord
  • Misli Premyer liqa
  • 12:49 19.10.2024
“Qarabağ”dan yeni rekord
Futbol üzrə I Liqada 5-ci tura start verilib
  • Misli Premyer liqa
  • 19:50 16.10.2024
Futbol üzrə I Liqada 5-ci tura start verilib
Samir Abasov "Sumqayıt"dan ayrıldı - RƏSMİ
  • Misli Premyer liqa
  • 10:58 14.10.2024
Samir Abasov "Sumqayıt"dan ayrıldı - RƏSMİ
Mesut Özil "Zirə"nin qonağı olub
  • Misli Premyer liqa
  • 16:35 12.10.2024
Mesut Özil "Zirə"nin qonağı olub
"Turan Tovuz"un yeni bazası tikilir
  • Misli Premyer liqa
  • 13:26 12.10.2024
"Turan Tovuz"un yeni bazası tikilir