28 iyul 2026. Çərşənbə axşamı

Qarabağ'dan çətin qələbə, Sabah'dan darmadağın


Qarabağ'dan çətin qələbə, Sabah'dan darmadağın

Misli Premyer Liqasında IX tura yekun vurulub. Corner.az xəbər verir ki, sonuncu oyun günündə iki qarşılaşma baş tutub.

Əvvəlcə turun mərkəzi matçında “Qəbələ” doğma meydanda “Qarabağ”ı qəbul edib. Bu matçda qonaqlar minimal hesabla üstün olub.

Son oyunda isə “Sabah” doğma meydanda “Kəpəz”i sınağa çəkib. Ötən tur "Şamaxı" üzərində çətin qələbə qazanan "Sabah" Gəncə təmsilçisini 5 cavabsız qolla məğlub edib.

Daha öncə “Zirə” “Şamaxı”ya, “Səbail” “Sumqayıt”a eyni hesabla (1:0) qalib gəlib. “Neftçi”nin “Turan Tovuz”la ev oyununda isə qapılara qol vurulmayıb.

Misli Premyer Liqası
IX tur
9 oktyabr

“Qəbələ” – “Qarabağ” 0:1
Qol: F.Ozobiç, 58.
Qırmızı vərəqə: İ.Qırtımov, 43.
Hakimlər: Nicat İsmayıllı, Cavanşir Yusifov, Müslüm Əliyev, Vüqar Həsənli.
Qəbələ şəhər stadionu, 17:00.

“Sabah” – “Kəpəz” 5:0
Qol: C.L.Mikels, 22. A.Kaşuk, 39; 52. A.Nuriyev, 42. N.Ələskərov, 82.
Hakimlər: Rəşad Əhmədov, Zeynal Zeynalov, Eyyub İbrahimov, Əli Əliyev.
Masazır. “Bank Respublika Arena”, 19:30.







Misli Premyer liqa

"Zirə" kot-d'ivuarlı hücumçunu transfer etdi
  • Misli Premyer liqa
  • 16:39 21.07.2026
"Zirə" kot-d'ivuarlı hücumçunu transfer etdi
"Şəfa" kanadalı vingeri transfer etdi
  • Misli Premyer liqa
  • 15:57 21.07.2026
"Şəfa" kanadalı vingeri transfer etdi
"Monpelye"nin yetirməsi "Turan Tovuz"da
  • Misli Premyer liqa
  • 11:47 21.07.2026
"Monpelye"nin yetirməsi "Turan Tovuz"da