28 iyul 2026. Çərşənbə axşamı

Bu məğlubiyyətin səbəbkarı mənəm


Bu məğlubiyyətin səbəbkarı mənəm
"Kəpəz”in baş məşqçisi Tərlan Əhmədov Premyer Liqanın 9-cu turu çərçivəsində “Sabah”a qarşı keçirdikləri oyunu şərh edib. Corner.az xəbər verir ki, o, 0:5 hesabıyla uduzduqları matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:
 
“Hər halda böyük hesablı məğlubiyyət, ümumiyyətlə məğlubiyyət xoş deyil. Futbolda baş verə biləcəklərdən biz sığortalanmamışıq. Böyük hesablı məğlubiyyət də qəbuledilməzdir. Komanda oyuna pis başlamadı. Rəqibin səviyyəsi və bizim komandanın da tam oyun fəlsəfəsinə uyğunlaşmaması matçın gedişatında planların pozulması ilə nəticələndi. Giorgi Kantariyanın meydanda olmaması orta xəttdə bizim üçün böyük problem yaratdı. Komandanın 3 oyun yaxşı oynayıb, 1 oyun zəif oynaması təsadüf deyil. Görüləcək işimiz var. Futbolçular bu gün həddindən artıq əziyyət çəkdilər, güc sərf etdilər. Buna baxmayaraq, fərdi səhvlərdən buraxdığımız qollar komandanı məğlubiyyətə apardı. Düşünürəm ki, bu məğlubiyyətin səbəbkarı mənəm. Futbolçunun burada günahı yoxdur. Həyat davam edir, qarşıda hələ oyunlarımız var. Bu oyunu analiz edib, buraxdığımız səhvləri minimuma endirməliyik. Qarşıda "Neftçi" ilə görüşümüz var. Komanda toparlanmalıdır. Yenə deyirəm, məğlubiyyət xoş deyil. Görəcəyimiz iş həddindən artıq çoxdur”.






Misli Premyer liqa

"Zirə" kot-d'ivuarlı hücumçunu transfer etdi
  • Misli Premyer liqa
  • 16:39 21.07.2026
"Zirə" kot-d'ivuarlı hücumçunu transfer etdi
"Şəfa" kanadalı vingeri transfer etdi
  • Misli Premyer liqa
  • 15:57 21.07.2026
"Şəfa" kanadalı vingeri transfer etdi
"Monpelye"nin yetirməsi "Turan Tovuz"da
  • Misli Premyer liqa
  • 11:47 21.07.2026
"Monpelye"nin yetirməsi "Turan Tovuz"da