19 mart 2026. Cümə axşamı

Bu əlamətdar oyundan qələbə ilə qayıtmaq istəyirik


Bu əlamətdar oyundan qələbə ilə qayıtmaq istəyirik
"Səbail”in futbolçuları Turan Manafov və Ruslan Hacıyev Premyer Liqada birinci dövrənin yekunu və 10-cu tur çərçivəsində keçiriləcək “Turan Tovuz”la matç haqqında fikirlərini bildiriblər. Corner.az sözügedən oyunçuların klub saytına açıqlamalarını təqdim edir:
 
Turan Manafov: “Bu oyunadək komandada bir az ruh düşkünlüyü var idi. Neçə turdur qələbəyə həsrət idik. Lakin “Sumqayıt”a qarşı qazandığımız qalibiyyət bunu dəyişdi. Hazırda komandada əhvali-ruhiyyə çox yüksəkdir. Bu qələbə özümüzə olan inamımızın artması baxımından çox vacib idi. “Sumayıt” üzərindəki qalibiyyət komandamızda “qələbə ruhu”nu geri qaytardı. Qol vurmağımla bağlı bunu deyə bilərəm ki, qələbədə pay sahibi olmaq mənim üçün çox sevindiricidir. Matçdan əvvəl qol vuracağımı gözləmirdim. Amma nədənsə meydana çıxandan etibarən, oyun ərzində də belə fürsət yararanarsa, qol vuracağımla bağlı içimdə bir hiss yarandı. Qarşıda isə bizi “Turan Tovuz”la ağır oyun gözləyir. Tovuz səfərinə ciddi hazırlaşırıq. Uğuru davam etdirməyə çalışacağıq. Hər oyuna qələbə üçün çıxırıq. Bu qarşılaşmada da məqsədimiz qalibiyyət olacaq. Səfərdən yaxşı nəticə ilə qayıtmaq və xal ehtiyatımızı artırmaq istəyirik”.
 
Ruslan Hacıyev: “Premyer Liqanın ilk dövrəsi başa çatdı. Geridə qalan 9 tur ərzində komandama 3 asisst və 1 qolla kömək göstərə bildim. Amma bu rəqəmlər daha da yaxşı ola bilərdi. Hazırda öz formamdan razıyam. Bundan artığını da bacarmağa qadirəm. Kiçik zədələrim olmasına baxmayaraq, bunun üçün var gücümlə çalışıram. “Sumqayıt” üzərindəki qələbə isə bütün komandaya olduğu kimi, mənə də yüksək əhvali-ruhiyyə verdi. Həmin oyunda komandamıza qalibiyyəti gətirən qolun ötürməsini verdiyim üçün də xüsusi sevincliyəm. Komandamızda vəziyyət yaxşıdır. Hər birimiz məşqlərdə maksimum əzmkarlıq göstərərək var gücümüzlə “Turan Tovuz”la oyuna hazırlaşırıq. Yeri gəlmişkən, bu, bizim Premyer Liqa tarxində Tovuza ilk səfərimiz olacaq. Bu əlamətdar qarşılaşmadan qələbə ilə qayıtmağı istəyirik. Düzdür, ilk dövrədə istədiyimiz nəticələri qazana bilmədik. Buna baxmayaraq, hər oyunda olduğu kimi, “Turan Tovuz”la oyuna da qələbə qazanmaq üçün çıxacağıq. Komanda yoldaşlarımın da, mənim də əsas məqsədimiz və istəyimiz səfərdən qalibiyyətlə ayrılaraq xal ehtiyatımızı artırmaqdır”.






Misli Premyer liqa

Premyer Liqada 300-cü, tarixdə 400-cü
  • Misli Premyer liqa
  • 11:44 16.03.2026
Premyer Liqada 300-cü, tarixdə 400-cü
“Neftçi”nin 150-ci penaltisi
  • Misli Premyer liqa
  • 11:00 16.03.2026
“Neftçi”nin 150-ci penaltisi
Musa “100”ə çatdı
  • Misli Premyer liqa
  • 10:44 16.03.2026
Musa “100”ə çatdı
Tarixdə 9-cu
  • Misli Premyer liqa
  • 10:22 16.03.2026
Tarixdə 9-cu
Qərb derbisində qalib müəyyənləşmədi
  • Misli Premyer liqa
  • 16:57 15.03.2026
Qərb derbisində qalib müəyyənləşmədi
“Sabah” “İmişli”ni darmadağın etdi
  • Misli Premyer liqa
  • 18:12 14.03.2026
“Sabah” “İmişli”ni darmadağın etdi