9 avqust 2026. Bazar günü

Tovuzda 4 qol, Sabah'dan Zirə üzərində qələbə


Tovuzda 4 qol, Sabah'dan Zirə üzərində qələbə

Misli Premyer Liqasında 10-cu turun oyunları keçirilir. Corner.az xəbər verir ki, şənbə günü daha 2 qarşılaşma baş tutub.

Əvvəlcə “Turan Tovuz” doğma meydanda “Səbail”i sınağa çəkib. Dörd qolun qeydə alındığı oyunda qalib müəyyənləşməyib.

Günün digər matçı mövsümün uğurlu komandalarından olan “Sabah” doğma azarkeşləri önündə “Zirə”ni qəbul edib. Bu görüşdə isə meydan sahibləri minimal hesabla qalib gəlib.

Xatırladaq ki, ilk oyun günündə “Şamaxı” doğma meydanda “Qəbələ” ilə “sülh bağlayıb” – 1:1. Tura sabah keçiriləcək “Kəpəz” - “Neftçi” və “Qarabağ” - “Sumqayıt” oyunları ilə yekun vurulacaq.

Misli Premyer Liqası
10-cu tur
15 oktyabr

“Turan Tovuz” – “Səbail” 2:2
Qol: R.Eva, 9-pen. H.Okebuqvu, 32 – F.Mazurek, 12. A.Ramazanov, 54.
Hakimlər: Kamal Umudlu, Rəhman İmami, Vüsal Məmmədov, Kamranbəy Rəhimov
Tovuz şəhər stadionu, 15:00.

“Sabah” – “Zirə” 1:0
Qol: E.Apeh, 72.
Qırmızı vərəqə: C.Diniyev, 85.
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Cavid Cəlilov
Masazır. “Bank Respublika Arena”, 17:30.







Misli Premyer liqa

"Zirə" Namik Ələskərovla yollarını ayırdı
  • Misli Premyer liqa
  • 16:52 07.08.2026
"Zirə" Namik Ələskərovla yollarını ayırdı
Rahid Əmirquliyev yenidən "Səbail"də
  • Misli Premyer liqa
  • 15:52 03.08.2026
Rahid Əmirquliyev yenidən "Səbail"də
"Sabah" nigeriyalı vingeri transfer etdi
  • Misli Premyer liqa
  • 23:19 01.08.2026
"Sabah" nigeriyalı vingeri transfer etdi
"Kəpəz" növbəti transferini reallaşdırdı
  • Misli Premyer liqa
  • 10:58 30.07.2026
"Kəpəz" növbəti transferini reallaşdırdı