8 may 2026. Cümə

Komanda hələ tam formalaşmayıb


Komanda hələ tam formalaşmayıb
"Sabah”ın baş məşqçisi Murad Musayev Premyer Liqanın 10-cu turu çərçivəsində “Zirə”yə qarşı keçirdikləri oyunu şərh edib. Corner.az xəbər verir ki, rusiyalı mütəxəssis 1:0 hesabıyla qalib gəldikləri matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:
 
“Çoxlu qol epizodları olan parlaq oyun izlədik. Yüksək tempi sonadək saxlaya bildik və fərqlənə bildik. Düşünürəm ki, penalti var idi. Önəmli olan qələbə idi ki, bunu da qazandıq.
 
Komanda hələ tam formalaşmayıb. Bəlkə bu gün yaxşı oynadıq. Amma bu, rəqibdən də asılı idi. Açıq oynadılar. Arsenalımızda olanları daha da inkişaf etdirməliyik”.
 
Musayev hazırda qərarlaşdıqları mövqeyə layiq olduqlarını söyləyib: "Amma bəzi oyunlarda son dəqiqələrdə qol vurub qalib gəlmişik. Bəzən bəxtin gətirməyə də bilər. Ona görə də hansısa oyunda qələbə qazanmamağımızı və bu səbəbdən "Qarabağ"dan geri qaldığımızı müzakirə etmək istəmirəm".
 
Yusif İmanova şans verib, digər qapıçıları ehtiyatda saxlamasına da toxunan rusiyalı mütəxəssisin sözlərinə görə, bir çox komandada vəziyyət eynidir: "Onlarda da 4 qolkiper var. Bu, önəmli mövqedir. Hər dəfə dəyişiklik etmək olmur".






Misli Premyer liqa

“Neftçi”dən inamlı qələbə
  • Misli Premyer liqa
  • 17:53 05.05.2026
“Neftçi”dən inamlı qələbə
60-cı qol
  • Misli Premyer liqa
  • 10:59 05.05.2026
60-cı qol
Mövsümün rekordu təkrarlandı
  • Misli Premyer liqa
  • 10:54 05.05.2026
Mövsümün rekordu təkrarlandı
Mövsümdə 3-cü, tarixdə 10-cu
  • Misli Premyer liqa
  • 10:34 05.05.2026
Mövsümdə 3-cü, tarixdə 10-cu
“Qarabağ” “Turan Tovuz”u məğlub etdi
  • Misli Premyer liqa
  • 21:25 04.05.2026
“Qarabağ” “Turan Tovuz”u məğlub etdi
“Zirə” “Qəbələ”ni məğlub etdi
  • Misli Premyer liqa
  • 20:33 03.05.2026
“Zirə” “Qəbələ”ni məğlub etdi