18 mart 2026. Çərşənbə

Bu oyunun tarixi derbi olması bizi daha da məsuliyyətli edir


Bu oyunun tarixi derbi olması bizi daha da məsuliyyətli edir
"Kəpəz”in müdafiəçisi Peyman Keşavarzi klubun mətbuat xidmətinə tarixi derbi öncəsi açıqlamalar verib. Corner.az xəbər verir ki, o, bu gün Premyer Liqanın 10-cu turu çərçivəsində baş tutacaq “Neftçi” ilə oyundan öncə bunları söyləyib:
 
“Uzun müddətdən sonra Gəncədə ilk ev oyunumuzu keçirəcəyik. Bu, bizim üçün sevindirici haldır. Çoxdandır ki, doğma şəhərdə, öz azarkeşlərimizin qarşısında çıxış etmək istəyirdik. Bu mövsüm ilk ev oyunumuzun tarixi derbi olması bizi daha da məsuliyyətli edir. Bu oyunun nə demək olduğunu hamımız yaxşı başa düşürük. Ona görə də matça çox ciddi hazırlaşmışıq. Azarkeşlərin də möhtəşəm dəstəyi il həm gözəl oyun nümayiş etdirmək, həm də qələbə qazanmaq istəyirik. 
 
Bilirəm ki, həm “Kəpəz”, həm də “Neftçi” ölkənin ən köklü iki klubudur. Ona görə də arada əzəli rəqabət, barışmaz mübarizə, prinsipiallıq var. Burada söhbət iki böyük şəhərin rəqabətindən gedir.
 
Düzdür, çempionatın ilk turlarında oynamırdım, bu da keçmiş baş məşqçinin qərarı idi. Bu barədə çox danışmaq istəmirəm. Çünki artıq komandamızın baş məşqçisi Tərlan Əhmədovdur. Onun gəlişindən sonra oynamaq şansı qazanmışam. Çalışıram hər oyunda əlimdən gələnin ən yaxşısını edim və əsas heyətdə yerimi möhkəmləndirim. Mənə güvəndiyi üçün baş məşqçiyə də təşəkkür edirəm”.






Misli Premyer liqa

Premyer Liqada 300-cü, tarixdə 400-cü
  • Misli Premyer liqa
  • 11:44 16.03.2026
Premyer Liqada 300-cü, tarixdə 400-cü
“Neftçi”nin 150-ci penaltisi
  • Misli Premyer liqa
  • 11:00 16.03.2026
“Neftçi”nin 150-ci penaltisi
Musa “100”ə çatdı
  • Misli Premyer liqa
  • 10:44 16.03.2026
Musa “100”ə çatdı
Tarixdə 9-cu
  • Misli Premyer liqa
  • 10:22 16.03.2026
Tarixdə 9-cu
Qərb derbisində qalib müəyyənləşmədi
  • Misli Premyer liqa
  • 16:57 15.03.2026
Qərb derbisində qalib müəyyənləşmədi
“Sabah” “İmişli”ni darmadağın etdi
  • Misli Premyer liqa
  • 18:12 14.03.2026
“Sabah” “İmişli”ni darmadağın etdi