9 avqust 2026. Bazar günü

Neftçi'dən səfərdə, Qarabağ'dan evdə inamlı qələbə


Neftçi'dən səfərdə, Qarabağ'dan evdə inamlı qələbə

Bu gün Misli Premyer Liqasında 10-cu tura yekun vurulub. Corner.az xəbər verir ki, sonuncu oyun günündə iki qarşılaşma baş tutub.

Əvvəlcə Azərbaycan derbisində “Kəpəz” “Neftçi” ilə münasibətlərinə aydınlıq gətirib. Gəncə təmsilçisi uzun fasilədən sonra doğma meydanda matça çıxıb. Bu oyunda qonaqlar inamlı qələbə qazanıb.

Turun son matçında lider “Qarabağ” doğma meydanda “Sumqayıt”la üz-üzə gəlib. Hesabı qonaqların açdığı bu oyunda isə meydan sahibləri əzmkar qələbə qazanıb.

Daha öncə “Qəbələ” “Şamaxı”yla (1:1), “Səbail” isə “Turan Tovuz”la (2:2) səfərdə heç-heçə edib, “Sabah” isə “Zirə”yə 1:0 hesabıyla qalib gəlib.

Misli Premyer Liqası
10-cu tur
16 oktyabr

“Kəpəz” – “Neftçi” 0:2
Qol: E.Mahmudov, 17. K.Sayef, 82.
Qırmızı vərəqə: Z.Əliyev, 62.
Hakimlər: Tural Qurbanov, Eyyub İbrahimov, Rahil Ramazanov, Rövşən Rəcəbov.
Gəncə şəhər stadionu, 15:00.

“Qarabağ” – “Sumqayıt” 3:1
Qol: R.Şeydayev, 67; 88-pen. M.Qurbanlı, 73 - A.Aqanspahiç, 56.
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Əli Əliyev.
Bakı. “Azersun Arena”, 17:30.







Misli Premyer liqa

"Zirə" Namik Ələskərovla yollarını ayırdı
  • Misli Premyer liqa
  • 16:52 07.08.2026
"Zirə" Namik Ələskərovla yollarını ayırdı
Rahid Əmirquliyev yenidən "Səbail"də
  • Misli Premyer liqa
  • 15:52 03.08.2026
Rahid Əmirquliyev yenidən "Səbail"də
"Sabah" nigeriyalı vingeri transfer etdi
  • Misli Premyer liqa
  • 23:19 01.08.2026
"Sabah" nigeriyalı vingeri transfer etdi
"Kəpəz" növbəti transferini reallaşdırdı
  • Misli Premyer liqa
  • 10:58 30.07.2026
"Kəpəz" növbəti transferini reallaşdırdı