9 avqust 2026. Bazar günü

Mahmudovun Premyer Liqada 25-ci qolu


Mahmudovun Premyer Liqada 25-ci qolu

Azərbaycan Premyer Liqasının X turunun “Kəpəz”lə oyunu “Neftçi”nin futbolçusu Emin Mahmudov üçün əlamətdar olub.

Corner.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, 2:0 hesablı qələbə qazanan bakılıların kapitanı səfər matçında hesabı açmaqla ikiqat yubileyi rəsmiləşdirib.

Yarımmüdafiəçi “Neftçi”nin heyətində Premyer Liqada 25-ci qolunu vurub. O, 127-ci matçında buna nail olub.

Bu top Mahmudovun “Neftçi”də ümumilikdə 35-ci qolu olub. O, ölkə kubokunda 2, avrokuboklarda 8 dəfə fərqlənib. Mahmudov 160-cı görüşündə 35-ci dəfə rəqib qapısına yol tapıb.

Qeyd edək ki, yarımmüdafiəçi ilk qolunu 2017-ci il noyabrın 19-da “Qəbələ” ilə evdəki çempionat oyununda (2:3) vurub.







Misli Premyer liqa

"Zirə" Namik Ələskərovla yollarını ayırdı
  • Misli Premyer liqa
  • 16:52 07.08.2026
"Zirə" Namik Ələskərovla yollarını ayırdı
Rahid Əmirquliyev yenidən "Səbail"də
  • Misli Premyer liqa
  • 15:52 03.08.2026
Rahid Əmirquliyev yenidən "Səbail"də
"Sabah" nigeriyalı vingeri transfer etdi
  • Misli Premyer liqa
  • 23:19 01.08.2026
"Sabah" nigeriyalı vingeri transfer etdi
"Kəpəz" növbəti transferini reallaşdırdı
  • Misli Premyer liqa
  • 10:58 30.07.2026
"Kəpəz" növbəti transferini reallaşdırdı