9 avqust 2026. Bazar günü

Azərsun Arena'da iki - 100


Azərsun Arena'da iki - 100
Misli Premyer Liqasının X turunun “Qarabağ” – “Sumqayıt” qarşılaşması iki futbolçu üçün yubileylə yadda qalıb. Corner.az xəbər verir ki, Abdullah Zubir və Elvin Bədəlov Azərbaycan çempionatında 100-cü matçını keçirib.
 
2018-ci ilin yayında “Qarabağ”a keçən yarımmüdafiəçi bu oyunda sonradan meydana çıxıb. Premyer Liqada 5-ci mövsümünü keçirən Zubir yalnız Ağdam klubunun formasını geyinib. O, 2018/19 mövsümündə 23, 2019/20 mövsümündə 19, 2020/21 mövsümündə 26, ötən çempionatda 25 dəfə şans qazanıb. Cari yarışda isə 7-ci dəfə meydana çıxıb.
 
Elvinin Premyer Liqadakı debütü daha əvvələ təsadüf edib. 2013/14 mövsümündə “Neftçi”nin heyətində şans qazanan müdafiəçi bu komandadakı 4 mövsümdə 41 oyun keçirib. 2018-ci ilin yayından “Sumqayıt”ın şərəfini qoruyan müdafiəçi “Gənclik şəhəri” təmsilçisindəki 59-cu matçına start “11-lik”də başlayıb.
 
Qeyd edək ki, “Azərsun Arena”dakı matçda meydan sahibləri 3:1 hesablı qələbə qazanıb.






Misli Premyer liqa

"Zirə" Namik Ələskərovla yollarını ayırdı
  • Misli Premyer liqa
  • 16:52 07.08.2026
"Zirə" Namik Ələskərovla yollarını ayırdı
Rahid Əmirquliyev yenidən "Səbail"də
  • Misli Premyer liqa
  • 15:52 03.08.2026
Rahid Əmirquliyev yenidən "Səbail"də
"Sabah" nigeriyalı vingeri transfer etdi
  • Misli Premyer liqa
  • 23:19 01.08.2026
"Sabah" nigeriyalı vingeri transfer etdi
"Kəpəz" növbəti transferini reallaşdırdı
  • Misli Premyer liqa
  • 10:58 30.07.2026
"Kəpəz" növbəti transferini reallaşdırdı