12 may 2026. Çərşənbə axşamı

Kəpəz Neftçi ilə oyuna satılmış biletlərin sayını açıqladı


Kəpəz Neftçi ilə oyuna satılmış biletlərin sayını açıqladı
Premyer Liqanın 10-cu turu çərçivəsində Gəncə şəhər stadionunda keçirilmiş “Kəpəz” – “Neftçi” oyununa 1775 bilet satılıb. Corner.az xəbər verir ki, bu biletlərdən 1723-ü adi yerlər üçün nəzərdə tutulan 3 manatlıq, 52-si VİP tribuna üçün 10 manatlıq olub.
 
Bundan əlavə, ilk ev oyununda stadiona giriş üçün şəhid və qazi ailələrinin üzvlərinə, Gəncəyə raket atışı zamanı xəsarət alan şəxslərə, futbol veteranlarına, müxtəlif qurumlara və fanklub üzvlərinə pulsuz biletlər verilib.
 
“Kəpəz” oyundan öncə baş vermiş neqativ hallarla da bağlı açıqlama yayıb:
 
“Təəssüflə bildirmək istəyirik ki, stadiona girişdə bəzi neqativ hallar yaşanıb, vəziyyətdən sui-istifadə zamanı müəyyən şəxslər arenaya biletsiz daxil ola biliblər. Bilet satışı təşkil olunacaq növbəti ev oyunlarında bu cür halların baş verməməsi üçün tərəfimizdən daha ciddi nəzarət tədbirləri görüləcək. Hədəfimiz mövsüm boyu bütün matçlarda bilet satışını 100%-ə çatdırmaqdır”.






Misli Premyer liqa

Premyer Liqada 200-cü oyun
  • Misli Premyer liqa
  • 12:12 11.05.2026
Premyer Liqada 200-cü oyun
Mövsümdə 2-ci dəfə
  • Misli Premyer liqa
  • 11:57 11.05.2026
Mövsümdə 2-ci dəfə
İkinci ispaniyalı
  • Misli Premyer liqa
  • 11:52 11.05.2026
İkinci ispaniyalı
21-ci mükafatçı, Avropada 23-cü təmsilçi
  • Misli Premyer liqa
  • 11:46 11.05.2026
21-ci mükafatçı, Avropada 23-cü təmsilçi
“Neftçi” “Şamaxı”ya şans vermədi
  • Misli Premyer liqa
  • 22:34 10.05.2026
“Neftçi” “Şamaxı”ya şans vermədi